Əli Həsənov: 'YAP uzun müddət hakimiyyətdə qalacaq'
"Yeni Azərbaycan Partiyası uzun müddət hakimiyyətdə qalacaq. Əliyevlər ailəsi uzun müddət Azərbaycan dövlətinin siyasətində olacaq. Onlar öz mənafelərinə deyil, Azərbaycan dövlətinin, xalqının maraqlarına xidmət edirlər".
"Report"un xəbərinə görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Həsənov deyib.
Ə.Həsənov bildirib ki, hər kəs ölkədəki inkişafın şahididir.
Onun sözlərinə görə, dünyanın heç bir ölkəsi qısa müddətdə Azərbaycan qədər inkişaf etməyib: "Bunu ona görə demirəm ki, sizə xoş gəlsin. Bu, həqiqətdir. Həqiqəti də insanlara çatdırmaq lazımdır. Bəzi hallarda neqativ fikirlər səsləndirilir. Azərbaycana müxalifət lazımdır. 2001-ci ildə demişdim ki, müxalifət yenilənməlidir. Yeniləndimi? Xeyr. Xarici qrantların hesabına yaşayırlar, donmuş partiyadan yapışıblar. Azərbaycanda yenilənmiş, konstruktiv müxalifət olmalıdır. Belə olan halda inkişaf daha da sürətlə gedər. Savadsız, yöndəmsiz müxalifətdən iqtidar nə götürəcək? Heç nə…"
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət