Slimfit
  1. SİYASƏT

Əli Həsənov: “Bunlara müxalifət demək olmaz”

Əli Həsənov: “Bunlara müxalifət demək olmaz”
Sakura

Əli Həsənov: “Bunlara müxalifət demək olmaz”

"Onlar Azərbaycan sərhədlərini müxtəlif yollarla, səbəblərlə tərk ediblər. Xarici ölkələrdə hərəsi özünə bir vasitə ilə sığınacaq tapıb. Təəssüfləndirici hal odur ki, onlar anti-Azərbaycan dairələrin əlində silaha çevrilib"
Azvision.az xəbər verir ki, bunu Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, anti-Azərbaycan dairələrinin maliyyələşməsində erməni fondaları da iştirak edir.

“Bunlara müxalifət demək olmaz. Amma təəssüf ki, bu qəbildən olan insanlarda var. Xarici ölkələrdə onları Azərbaycana qarşı çirkin formada istifadə edirlər. Bu, ilk növbədə azərbaycanlı adına ləkədir. Azərbaycan millətinin adına ləkədir. Əminəm ki, o insanlar nə vaxtsa özlərində müdriklik, Azərbaycan xalqına məxsus dəyərlər nümayiş etdirərək o yoldan çəkinəcəklər. Çəkinməyənlərə nə etmək olar? Bu, onların könüllü seçimidir. Əgər onlar xarici iaşə obyektlərində bu tipli davranışları özlərinə həyat kredosu, fəaliyyət nümunəsi seçiblərsə, qoy fəaliyyətlərini də davam etdirsinlər. Sağlam Azərbaycan vətəndaşları onlara nifrət edir".
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR