Slimfit
  1. SİYASƏT

Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ilə görüşüb

Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ilə görüşüb
Sakura

Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ilə görüşüb

Dekabrın 19-da Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ilə görüşüb.

Nazirlər Kabinetindən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın fəaliyyətlərinin nəticəsində böyük enerji layihələrinin uğurla həyata keçirildiyi, qarşılıqlı investisiyaların və ticarət dövriyyəsinin artdığı qeyd olunub, iqtisadi əlaqələrin daha da genişləndirilməsi ilə bağlı məqamlara toxunulub.

Söhbət zamanı əlaqələrin blokada şəraitində olan Naxçıvanın iqtisadiyyatına müsbət təsiri vurğulanıb və bu proseslərin gələcəkdə də davam edəcəyinə əminlik ifadə olunub, habelə  ikitərəfli əməkdaşlığın digər gələcək perspektivləri müzakirə edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR