Slimfit
  1. SİYASƏT

Əli Əsədov bu komissiyanın əsasnaməsini təsdiq etdi

Əli Əsədov bu komissiyanın əsasnaməsini təsdiq etdi
Sakura

Əli Əsədov bu komissiyanın əsasnaməsini təsdiq etdi

Nazirlər Kabineti “Dövlət ekoloji ekspertizasını həyata keçirən Ekspert Komissiyası haqqında Əsasnamə”ni təsdiq edib.

Axar.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərarda qeyd olunub ki, bu Əsasnamə “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinə əsasən hazırlanıb və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil olunan Ekspert Komissiyasının (bundan sonra – Ekspert Komissiyası) səlahiyyətlərini, fəaliyyət qaydasını və tərkibini, onun fəaliyyətinə cəlb edilən ekspertlərə dair tələbləri, ekspertlərin hüquq və vəzifələrini, habelə dövlət ekoloji ekspertizasının həyata keçirilməsinə beynəlxalq ekspertlərin cəlb olunması qaydasını tənzimləyir.

Ekspert Komissiyası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, bu Əsasnaməni və digər normativ aktları rəhbər tutur.

Ekspert Komissiyası irihəcmli və mürəkkəb ekoloji ekspertiza obyektlərinin, habelə transsərhəd təsirə malik olan ekoloji ekspertiza obyektlərinin (bundan sonra – ekoloji ekspertiza obyektləri) dövlət ekoloji ekspertizasının həyata keçirilməsi məqsədilə təşkil olunur.

Qərarla Ekspert Komissiyasının fəaliyyətinin məqsədi və səlahiyyətləri də müəyyənləşib.

Belə ki, Ekspert Komissiyasının fəaliyyətinin məqsədi ekoloji ekspertiza obyektlərinin ətraf mühitə və insan sağlamlığına birbaşa və ya dolayısilə mənfi təsirinin və onlarla bağlı nəticələrin aşkar edilməsi, qarşısının alınması və proqnozlaşdırılmasından, qəbul olunan qərarların ekoloji təhlükəsizlik dərəcəsini və ətraf mühitin mühafizəsi üzrə tədbirlərin səmərəsini müəyyən etməkdən ibarətdir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR