Slimfit
  1. CƏMİYYƏT

Əli Əsədov: “Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı üçün böyük potensial var”

Əli Əsədov: “Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı üçün böyük potensial var”
Sakura

Əli Əsədov: “Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı üçün böyük potensial var”

“Gürcüstan və Azərbaycan arasında hər zaman dostluq və mehriban qonşuluq münasibətləri olub”.

Report”un yerli bürosu xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov gürcü həmkarı İrakli Qaribaşvili ilə görüşdə deyib.

O, Azərbaycanın Gürcüstanla əlaqələrə böyük əhəmiyyət verdiyini bildirib: “Müstəqillik əldə ediləndən sonra bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Gürcüstanda yaşayan azərbaycanlı və Azərbaycanda yaşayan gürcü icmaları ölkələrimiz arasında münasibətlərin inkişafına böyük töhfə verirlər”.

Ə.Əsədovun sözlərinə görə, Gürcüstan və Azərbaycanın birgə həyata keçirdiyi layihələr yalnız iki ölkə üçün deyil, regional və beynəlxalq baxımdan da böyük əhəmiyyət kəsb edir: “Azərbaycan Gürcüstanla birgə layihələr, siyasi, iqtisadi, ticari, mədəni-humanitar sahələrdə ikitərəfli əlaqələrə böyük önəm verir. Müxtəlif sahələrdə - kommunikasiya, kənd təsərrüfatı, təhsil, elm, səhiyyə və digər sahələrdə münasibətlərin inkişafı üçün böyük potensial mövcuddur. Əminəm ki, sizin səfəriniz ikitərəfli əlaqələrimizin gələcək dinamik inkişafında böyük rol oynayacaq”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR