Slimfit
  1. AZƏRBAYCAN

Əli Əhmədov: 'Yaşıllığı və havanın təmizliyini qorumaq hər kəsin borcudur'

Əli Əhmədov: 'Yaşıllığı və havanın təmizliyini qorumaq hər kəsin borcudur'
Sakura

Əli Əhmədov: 'Yaşıllığı və havanın təmizliyini qorumaq hər kəsin borcudur'

"Ekoloji problemlər bəşəriyyəti düşündürən problemlərdəndir. İnsanların yaşaması üçün əlverişli şərait yaratmaq əsas məsələlərdəndir. Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi bu istiqamətdə işlər həyata keçirilir, parklar salınır, su mənbələri çirklənmədən qorunur".

"Report"un xəbərinə görə, bunu Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov YAP və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə fəaliyyət planının təqdimat mərasimində deyib.

O qeyd edib ki, ekologiyanın təmizliyi vacib məsələlərdəndir: "Ekologiyanın dəyişməsi ilə əlaqədar insanlar əziyyət çəkir. Azərbaycan bu problemlərin həlli ilə bağlı çağırışlara qoşulub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bir sıra layihələr həyata keçirmişik, ağacların əkilməsi kampaniyasında iştirak etmişik. Bilirsiniz ki, 5-10 il əvvəl əkilən ağacların böyüyərək fayda verməsini görəndə sevinirik. Dünyada plastik qablardan xilas olmaq istiqamətində də addımlar atılır. Biz cəmiyyətə mesaj veririk ki, yaşıllığı, havanın təmizliyini qorumaq hər kəsin borcudur. Ona görə də havanın çirkləndirilməsinin qarşısı alınmalıdır".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR