Əli Əhmədov Minsk qrupu həmsədrlərinə çağırış edib
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş Nazirin müavini Əli Əhmədov deyib.
O təəssüflə qeyd edib ki, vəziyyətin belə ağır olmasına baxmayaraq, beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi və azərbaycanlı məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması üçün təsirli addımlar ata bilməyiblər: “Beynəlxalq təşkilatlar, xüsusən də ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin nizama salınması istiqamətində səylərini artırmalıdır ki, Azərbaycanın məcburi köçkün vəziyyətində olan vətəndaşları yaxın zamanlarda öz yurd-yuvalarına qayıtsınlar”.
Baş Nazirin müavini xatırladıb ki, Azərbaycan çoxlu sayda qaçqınları olan ölkələrdən biridir: “Ötən ilin sonuna olan məlumata görə dünyada 70 milyondan çox qaçqın və məcburi köçkün var. Bu da dünya əhalisinin 1 faizini təşkil edir. Azərbaycanda 1 milyon qaçqın və məcburi köçkün yaşayır və bu da ölkə əhalisinin 10 faizidir. Bu vəziyyət 30 ilə yaxındır ki, davam etməkdədir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət