Slimfit
  1. AZƏRBAYCAN

Əli Əhmədov: Dövlətin ahıl insanlara diqqəti və qayğısı daim artmaqdadır

Əli Əhmədov: Dövlətin ahıl insanlara diqqəti və qayğısı daim artmaqdadır
Sakura

Əli Əhmədov: Dövlətin ahıl insanlara diqqəti və qayğısı daim artmaqdadır

Oktyabr ayının 1-i dünyada ahıllar günü kimi qeyd olunur. Yaşlılara qayğı bəşəri sivilizasiyaların ən ali dəyərlərindən sayılır. Azərbaycan xalqına xas olan mədəni və əxlaqi dəyərlər bu sırada xüsusi yer tutur.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov qeyd edib ki, yaşlı insanlara qayğı və diqqət ailənin və cəmiyyətin təməl prinsipləri kimi əsrlər boyu formalaşaraq bu günümüzə gəlib çatıb:

“İndi həmin prinsip və dəyərlər həm də müstəqil Azərbaycan dövlətinin sosial siyasətində özünün təcəssümünü tapır. Prezident İlham Əliyevin siyasətinin ana xəttini təşkil edən insana qayğı dediklərimizin əyani sübutu hesab edilməlidir. Azərbaycanda orta ömür ildən-ilə uzanır, yaşlı və ahıl əhali artır. Eyni zamanda, dövlətin əhalinin bu kateqoriyasına diqqəti və qayğısı da daim artmaqdadır. Dayanıqlı pensiya təminatı, pensiyaların məbləğinin mütəmadi olaraq artırılması, ehtiyacı olanlara səhiyyə xidmətlərinin göstərilməsi ahılların həyatının rahatlığına etibarlı zəmanətdir. İndi yaşlı insana qayğı göstərilməsi təkcə onun yaxınlarının vəzifəsi deyil”.

Baş nazirin müavini vurğulayıb ki, bu işin getdikcə daha çox hissəsini böyük məmnuniyyətlə dövlət öz üzərinə götürür:

“Əlbəttə, bu, övladların valideynləri qarşısında borcunu yerinə yetirməkdən onları azad etmir və etməməlidir. Valideynin qayğısını çəkmək hər kəsin müqəddəs, insani borcu, kamilliyinin ifadəsidir. Sevindirici haldır ki, ölkəmizdə ailələrin və insanlarımızın əksəriyyətinə bu keyfiyyətlər yüksək dərəcədə xasdır.

Hər bir ahıl vətəndaş əmindir ki, o tək deyil, ailəsinin, yaxınlarının və dövlətinin hər cür qayğısı ilə əhatə olunub. Gəlin, onlara möhkəm can sağlığı və uzun ömür arzulayaq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR