Slimfit
  1. AZƏRBAYCAN

Əli Əhmədov: Danışıqlar ərəfəsində Ermənistan bu və ya digər formada təxribatlar törədir

Əli Əhmədov: Danışıqlar ərəfəsində Ermənistan bu və ya digər formada təxribatlar törədir
Sakura

Əli Əhmədov: Danışıqlar ərəfəsində Ermənistan bu və ya digər formada təxribatlar törədir

 

Azərbaycan hərbi qulluqçusunun qətlə yetirilməsinə görə Ermənistan tərəfini qəti şəkildə qınayırıq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, YAP sədrinin müavini - İcra katibi Əli Əhmədov deyib.

O bildirib ki, birinci hal deyil ki, iki tərəf arasında danışıqlar ərəfəsində Ermənistan bu və ya digər formada təxribatlar törədir:

“Məqsəd danışıqlar prosesinə ziyan vurmaq və pozulmasına nail olmaqdır. Artıq Ermənistan tərəfinin bütün arqumentləri bitibdir. Onlar çalışırlar ki, müxtəlif təxribatlar törətməklə, o cümlədən insanların tələf olması kimi cinayətləri törətməklə danışıqları pozsunlar. Beləliklə də status-kvonun ömrünü uzatmağa çalışırlar”.

Ə.Əhmədov vurğulayıb ki, beynəlxalq ictimaiyyət bunu kəskin tənqid edir: “Azərbaycan tərəfi qəti şəkildə dəfələrlə bəyan edib ki, biz münaqişənin dinc yolla həll olunmasının tərəfdarıyıq. Amma bu şərtlə ki, münaqişənin həll olunması üçün Ermənistan tərəfi konstruktiv mövqe nümayiş etdirsin. Əgər onlar belə mövqeni bundan sonra da davam etdirsələr, Azərbaycan öz təbii hüququndan istifadə edərək və malik olduğu möhtəşəm gücə arxalanaraq ərazi bütövlüyünü təmin etmək üçün ən təsirli tədbirlərini görəcək”.

Baş nazirin müavini əlavə edib ki, ATƏT-in Minsk qrupu yumşaq şəkildə desək, öz missiyasını həyata keçirmək üçün lazımi fədakarlığı göstərə bilmir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR