Slimfit
  1. AZƏRBAYCAN

Əli Əhmədov avropalı diplomatla görüşdü

Əli Əhmədov avropalı diplomatla görüşdü
Sakura

Əli Əhmədov avropalı diplomatla görüşdü

Baş Nazirin müavini Əli Əhmədov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasla görüşüb.

Nazirlər Kabinetindən Axar.az-a verilən məlumata görə, görüşdə Şərq Tərəfdaşlığı çərçivəsində Avropa İttifaqının yardımı hesabına Azərbaycanda həyata keçirilən layihələrin icra vəziyyəti müzakirə olunub.

Azərbaycanda həyata keçirilən layihələrə Avropa İttifaqının göstərdiyi dəstəyə görə minnətdarlığını bildirən Əli Əhmədov qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsi üçün hökumət tərəfindən bütün zəruri addımların atıldığını qeyd edib.

Baş Nazirin müavini Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlığın mövcud durumundan bəhs edərək münasibətlərin inkişafı üçün geniş perspektivlərin olduğunu deyib.

 

K.Yankauskas isə bildirib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında mövcud olan etibarlı tərəfdaşlıq əlaqələri xüsusi əhəmiyyətə malikdir. O, növbəti illərdə Fəaliyyət Proqramları çərçivəsində AB-nin Azərbaycanda icra olunacaq yeni layihələrinin daha effektiv, səmərəli və vaxtında həyata keçirilməsi üçün zəruri olan işlər haqqında fikirlərini də açıqlayıb. Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR