Slimfit
  1. DİN

Əli

Əli
Sakura

Əli ibn Əbu Talib - İslamı qəbul edən ilk kişi

Əli (tam adı: Əli ibn Əbu Talib.  13 rəcəbH.Q.t.-dən 22 və ya 16 il əvvəl — 21 ramazan40; M. 23 oktyabr598/17 iyul 600, 20 sentyabr 601 və ya 17 iyul 607, Kəbə, Məkkə, Ərəbistan — 27 yanvar 661, Kufə, İraq, Ərəb Xilafəti) - Məhəmmədin əmisi oğlu, səhabəsi, Əhli-beytinin üzvü, kürəkəni. 4-cü Raşidi xəlifə. Əbu Talibinoğlu. İslamı qəbul edən ilk kişi. Sünnilikdə Ərəb Xilafətinin və Raşidi xəlifələrin dördüncü xəlifəsi. Şiəlikdə canişini, I imam və xəlifə, II məsum.

Xüsusən Şiə mənbələri başda olmaqla İslamimənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. Əmisioğlu Məhəmmədtərəfindən himayə olunub və onun evində böyüyüb. Məhəmmədilahi vəhy aldığını bildirdiyi zaman, Əli İslamı qəbul edən ilk kişi olmuş və həyatını bu dinə həsr etmişdir.

Əli Məhəmməddən sonra Mədinəyə köçmüşdür. Orada Əli Məhəmmədin qızı Fatimə ilə ailə həyatı qurmuşdur. Bundan sonra Əli Mədinədə Məhəmmədlə keçirdiyi 10 il ərzində, müharibələrdə rəhbər kimi iştirak etmiş, bildiriş və əmrləri çatdırmış, demək olar ki, bütün müharibələrdə iştirak edərək fəal rol oynamışdır. Əli 656-cı ildə Osman ibn Əffanın öldürülməsindən sonra Mədinə məscidində xalq tərəfindən xəlifə seçilmişdir. 661-ci ildə Kufə məscidində sui-qəsd nəticəsində öldürülmüşdür.

İslam mədəniyyətində Əlinin özünəməxsus yeri vardır. Belə ki, o İslamdamüdriklik, dürüstlük, igidlik, hörmət və s. rəmzidir. Xüsusən Təsəvvüfdə Əli təfsir, fiqh və dini fikir sahələrində ən yüksək şəxs hesab olunur və o Məhəmmədin nəslinin davamçısı kimi qəbul edilir.

 

Həyatı

Məkkədə

Təvəllüdü və uşaqlığı

Əlinin atası Əbu Talib Qüreyş qəbiləsinin tayfalarından biri olan Bəni-Haşimin şeyxlərindən və Kəbənin mühafizlərindən biri olmuşdur. O Məhəmmədin əmisi idi. Əlinin anası Fatimə binti Əsəd də həmçinin Bəni-Haşim tayfasındandır. Əli İbrahimin oğlu İsmailin nəslindəndir.

Bəzi islami, xüsusən şiə mənbələrində qeyd olur ki, Əli Məkkədə, Kəbədə dünyaya gəlmiş və 3 gün orada qalmışdır. 3 gündən sonra anası qucağında Əli ilə qırağa çıxmış, Məhəmməd körpə Əlini qucağına götürərək ona "ulu" mənasını verən Əli adını qoymuşdur. Məhəmmədin Əlinin ailəsi ilə yaxın əlaqələri olmuşdur. Məhəmməd yetim qaldıqdan sonra babası Əbdülmüttəlibin də ölməsindən sonra əmisi, Əlinin atası Əbu Talib onu evinə aparmışdır. Əli Məhəmməd və Xədicə binti Xüveylidin nikahından 2 və ya 3 il sonra doğulmuşdur. Əli 5 və ya 6 yaşında olarkən Məkkədə iqtisadi çətinlik yarandı və bu Əbu Talibin ailəsinə də təsir etmişdir. Məhəmməd də Əlini öz himayəsinə götürmüşdür.

Bir il Məkkədə аclıq üz vermişdi. Bu zаmаn Məhəmmədin əmisi Əbu Talib böyük bir аiləyə bаşçılıq edirdi. Оnlаrı çох çətinliklə dоlаndırırdı. Məhəmməd Bəni-Haşim tаyfаsının vаrlılаrındаn оlаn digər əmisi Аbbаsа təklif etdi ki, Əbu Tаlibindоlаnışığınа kömək etmək məqsədilə gedib hərəsi оnun bir uşаğını götürüb öz evində sахlаsın. Аbbаs Məhəmmədin bu təklifi ilə rаzılаşdı. Beləliklə də Аbbаs Cəfəri Məhəmməd isə Əlini öz öhdəsinə götürüb öz evlərinə аpаrdılаr. Əli Məhəmmədpeyğəmbər seçilənədək оnun evində qаldı. Məhəmməd peyğəmbərliyə seçildikdən dərhаl sоnrа Əli оnu qəbul edib оnа itаət etməyə bаşlаdı.

 

İslamı qəbul etməsi

Bəzi rəvayətlərə görə Hira mağarasında Məhəmmədə vəhy gələndə onunla görüşən yalnız Əli olmuşdur.

3 il müddətində Məhəmməd insanları İslama gizli dəvət etdi. Quranaəsasən o ilk öncə ailəsi Bəni-Haşimi bir tədbirdə İslama dəvət etdi. Təbəri, İbn əl-Əsir, Əbülfida və s. kimi alimlərə görə dəvəti qəbul edən şəxs, Məhəmmədin yoldaşı, qardaşı, vəkili və xələfi olacaqdı. Əli bu zaman 13 və ya 14 yaşında olmuş və ilk o ayağa qalxaraq önə çıxmışdır. Məhəmməd dəvəti 3 dəfə təkrar etsə də bunu qəbul edən yalnız bir şəxs olmuşdur ki, o da Əli. Məhəmmədin dəvətinə bir tək və israrla Əlinin müsbət cavab verməsindən sonra Məhəmməd onu özünün qardaşı, vəkili, xələfi və naibi elan etmiş və ona itaəti vacib buyurmuşdur. Dəvətdə Əli, onun atası və ailəsi yanaşı Əbu Ləhəbin də daxil olduğu Məhəmmədin əmiləri də iştiak edirmişlər. Və hadisələrin bu hissəsində Əbu Ləhəb gülərək qardaşı, Əlinin atası Əbu Talibə "hə indi sən öz oğluna beyət edəcəksən?" sualını vermişdir. Bu hadisə tarixdə "Dəvət ayəsi" olaraq qalmışdır. Bəni-Haşim Məkkədə boykot altında olduğu zaman Əli Məhəmmədə dəstək olmuşdur.

İbn İshaq və digər bəzi tarixçilərə görə Əli İslamı ilk qəbul edən kişidir. Lakin Təbəri və digər bəzi tarixçilər isə İslamı qəbul edən ilk kişinin Zeyd ibn Haris və ya Əbu Bəkr olması haqqında bəzi ənənəvi rəvayətlər qeyd etmişdirlər. Bəzi alimlər isə Əlini İslamı qəbul edərkən uşaq olduğuna görə İslamı qəbul edən ilk müsəlman kişi kimi qəbul etmirlər.

 

Mədinəyə hicrət

622-ci ildə Məhəmməd Məkkədən Yəsribə (indiki Mədinə) hicrət etmiş və həmin vaxt Əli Məhəmmədin yatağında yatmışdır. Bu gecə Leylət əl-Məbit adlandırılmışdır. Bəzi hədislərə əsasən "İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz canını fəda edər." ayəsi məhz bu hadisəylə əlaqədar olaraq nazil olmuşdur.

Əli sui-qəsdi dəf etsə də Məkkədə qalıb Məhəmmədin təlimatlarına uyğun hərəkət etməyə başlamışdır. Əli həmçinin burada Məhəmmədə əmanət edilmiş mal-dövlətləri mühafizə etmişdir. Əli daha sonra anası, Məhəmmədin qızı Fatimə və iki qadınla birlikdə Mədinəyə getmişdir.

 

Mədinədə

Məhəmməd dövrü

Əli 22 və ya 23 il Mədinədə yaşamışdır. Məhəmməd Mədinədə səhabələrə arasında qardaşlıq yaradarkən məhz Əlini özünə qardaş seçmişdir. 622-632-ci illərdə 10 il müddətində Əli Məhəmmədə köməklik etmiş və onun əmrlərinə uyğun olaraq vali, ordu komandanı, elçi, bayraqdar olaraq faəl fəaliyyət göstərmişdir.

 

Ailə həyatı

Əli 623-cü ildə Məhəmmədin və qızının da razılığı ilə Məhəmmədin qızı Fatimə ilə ailə həyatı qurmuşdur. Bu hadisədən sonra MəhəmmədFatiməyə belə dmişdir: "Sən mənim ailəmdən mənə sevimli olan biriylə ailə həyatı qurdun". Məhəmməd bu ailəni Ali-Əba hədisində və Mübahilə günü öz Əhli-Beyti adlandırmışdır. Onların adı Quranın Təthir ayəsində də çəkilmişdir.

Əlinin Fatimədən 4 övladı olmuş, 1 övladı da daha dünyaya gəlməmiş Fatimənin bətnində ölmüşdür. Məhəmməd onların 2 oğlunu (Həsən və Hüseyn) öz övladı və Cənnət cavanlarının ağası adlandırmışdır.

Əli və Fatimə əvvəl-əvvəl çox kasıb yaşamışdırlar. Ailə həyatı qurduqları bir neçə il ərzində Fatimə ev işlərini özü görmüşdür. Quyudan su daşımaqdan çiyinləri şişmiş, əl dəyirmanında qarğıdalı üyüdməkdən əlləri suluqlanmışdır. Fatimə ev işlərində çox diqqətcil olmuş, xəmir düzəltmiş, çörək bişirmişdir. Əli də öz növbəsində evə yanacaq odun gətirmiş və ailəsini ərzaqla təmin etmişdir. Xeybər döyüşündən qazanılan qənimət müsəlmanlar arasında bölüşdürüldükdən sonra bir çox müsəlman ailələri kimi Əlinin ailəsinin də maddi vəziyyəti xeyli yaxşılaşmışdır. Vəziyyətləri yaxşılaşdıqdan sonra Fatimə evə bəzi kənizlər almış, lakin onlarla ailə üzvü kimi rəftar etmişdir.

 

Müharibələrdə

Ərəbcədən tərcümədə "Əlidən başqa igid, Zülfüqardan başqa qılınc yoxdur." mənasını verən ərəbcə cümlə.

Əli Məhəmmədin sağlığında Təbuk döyüşündən başqa bütün döyüşlərdə iştirak etmişdir. Bəzi döyüşlərdə sıravi bir döyüşçü kimi döyüşmüş, bəzilərində isə başçılıq etdiyi dəstəsiylə hücumlar təşkil etmişdir.

Əli ilk dəfə Bədr döyüşündə iştirak etmişdir. Əməvilərinməşhur sərkərdələrindən Vəlid ibn Utbə başda olmaqla bir çox sərkərdə və əsgərləri məğlub etmişdir. İslami mənbələrə əsasən Əli döyüşdə 20-30, əksər mənbələrə əsasən 27 döyüşçü öldürmüşdür.

Əli Uhud döyüşü başda olmaqla bir çox döyüşdə Zülfüqar adlı ikiqıynaqlı qılıncıdan istifadə etmişdir. Uhud döyüşündə müsəlmanlar qaçarkən, Məhəmmədi qoruyaraq xüsusi rol ifa etmiş və Məhəmməd də onun haqqında "Əlidən başqa igid, Zülfüqardan başqa qılınc yoxdur."demişdir.[63] Əli Xeybər döyüşündə müsəlman ordusuna başçılıq etmişdir. Bu döyüşdən sonra Məhəmməd ona ərəbcədən tərcümədə "Allahın aslanı" mənasını verən "Əsədullah" ləqəbini vermişdir. Əli 630-cu il Huneyn döyüşündə də Məhəmmədi müdafiə etmişdir.

    Həmzə ibn Əbdülmütəllibvə Əli Bədr döyüşündə

   Əlinin Məhəmmədvə səhabələrin hüzurunda Nadir ibn Harisin başını kəsməsi

   Əlinin Xəndək döyüşündə Əmr ibn Əbdvudla döyüşməsi.

 

İslam missiyası

610-cu ildən Məhəmmədə Quran nazil olmağa başlamışdır. Nazil olan surə və ayələri yazan vəhy katiblərindən biri də Əli olmuşdur. Bu zaman İslam Ərəbistan yarımadasında yayılmağa başlamışdır. Əli də yeni bir İslami nizamın qurulmasında yardımçı olmuşdur. 628-ci ildə Məhəmmədin əmri ilə Məhəmm'dlə Qüreyş qəbiləsi arasında bağlanan Hüdeybiyyə sülh müqaviləsini Əli yazmışdır. 630-cu ildə Məhəmmədinəmrilə Məkkədə Quranın ərəb politeistlərindən bəhs edən ayələrini ictimaiyyət qarşısında oxumuşdur. 630-cu ildə Məkkənin fəthi zamanı Məhəmməd Əlidən fəthin qansız olacağı barədə zəmanət almışdır. Əli Məscidül-Həramı İslamdan öncəki politeist dinlərin əlamətlərindən təmizləmək üçün orada olan və Bəni Aus, Bəni Xəzrəc, Təyy kimi politeist tayfalara məxusus olan tanrı bütlərini sındırmışdır. 1 il sonra Əli İslamı təbliğ etmək üçün Məhəmməd tərəfindən Yəmənə göndərilmişdir.

 

Mübahilə hadisəsi

Məhəmməd M. 631/H.Q. 10-cu ildə bir neçə nəfəri İslamı yaymaq və təbliğ etmək üçün Yəmənin Nəcran məntəqəsin göndərir. Nəcran məntəqəsinin xristianları da Məhəmmədlə danışıq aparmaq üçün Mədinəyə bir nümayəndə heyəti göndərirlər. Xristianlar "biz şəkdəyik, şübhə edirik." deyirlər. Sonra Məhəmməd Ali-İmran surəsinin 61-ci ayəsinin nazil olduğunu bildirir. Ayədən sonra Məhəmməd xristianlara onlarla qarşlılqlı mübahilə edilməsini təklif edir. Xristianlar Məhəmməddən gedib rəhbərləri ilə məsləhətləşmələri üçün biraz vaxt və möhlət istəyirlər. Rəhbərləri onlara "Siz bu təklifi qəbul edin. Əgər Məhəmmədin qarğış etməyə hay-küylə, təm-təraqlı və çoxlu adamla gəldiyini görsəniz, əsla nigaran olmayın və bilin ki, çox da mühüm məsələ yoxdur. Amma əgər az saylı adamla gəlsə, mübahilə fikrindən dönün və onunla saziş bağlayın." şəklində təlimat verirlər. Ayəyə əsasən mübahilə günü tərəflər, yəni müsəlman və xristianlar mübahiləyə öz oğlanlarını, qadınlarını və nəfslərini gətirməli idilər. Mübahilə günü Müsəlmanlar tərəfdən mübahiləyə gedən, Məhəmməd özü ilə qızı Fatiməni, əmisi oğlu və yeznəsi Əlini, nəvələri Həsən və Hüseyni gətirir. Xristianlar mübahilədən imtina edir və nəticədə mübahilə baş vermir. Tərəflər arasında saziş bağlanır. Sazişə əsasən xristianlar müsəlmanlara hər biri 40 dirhəm qiymətində olan 2000 hillən verməli idilər.

 

Qədir Xum

Məhəmməd və Əli Qədir-Xumda. 1309-1310, Elxanilər dövrü rəsm əsəri

Məhəmməd 632-ci ildə həyatının sonuncu həcc ziyarətiolan və Vida Həcci adlanan həcc ziyarətindən dönərkən Sünni və Şiələr tərəfindən fərqli izah edilən bəzi açıqlamalar vermişdir. Məhəmməd Qədir-Xum adlanan çöldə dayandı və cammat namazı üçün toplanan camaata xitab etməyə başladı:

 

– Möminlərə, onların özlərindən daha layiqi kimdir?
Dedilər: 
Allah və Peyğəmbəri daha yaxşı bilir!
– 
Allah mənim mövlamdır, mən də möminlərin mövlasıyam – onlara özlərindən daha üstün və daha layiqəm! Ey camaat, mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır.

Məhəmməd

 

Şiələr iddia edirlər ki, bu hadisə Məhəmmədin xələfi olaraq Əlini seçməsi üçün əsasdır. Sünnilər isə tam əksinə bu hadisədə Məhəmmədin Əli ilə olan mənəvi yaxınlığını bildirdiyini və qardaş olmalarını ifadə etdiyini iddia edirlər. Bir çox sufilər də belə hesab edirlər ki, Əli Məhəmmədin mənəvi hakimiyyətinin varisidir. Bu hədisin əsasında sonradan şiələr Əlinin Əbu Bəkr və Ömərdən üstün olduğunu iddia etmişdirlər.

 

Məhəmmədin canişinliyi

Ömrünün sonuna kimi bir çox ərəb qəbilə və tayfalarını vahid müsəlman dövlətində birləşdirən Məhəmməd 632-ci ildə vəfat etmişdir. Bundan sonra Məhəmmədin xələfi kimi kimin müsəlman icmasına rəhbərlik edəcəyi mübahisələrə səbəb olmuşdur. Bu zaman Əli ailəsi ilə Məhəmmədin meyidini yumaq və onun dəfni ilə məşğul olmuşdur. Bu zaman bir qrup müsəlmanlar Səqifədə toplaşaraq Məhəmmədin canişini kimi onun səhabələrindən Əbu Bəkrin namizədliyini irəli sürmüşdür. Məclisdə Əbu Bəkrin Məhəmmədin birinci xəlifəsi olaraq müsəlman cəmiyyətinin rəhbəri seçildiyi elan edilmişdir. Məhəmmədin səhabələrindn bir qismi Məhəmmədin Əlini özündən sonra xələfi təyin olunduğu iddiası ilə bu seçkinin nəticələrini tanımamışdır.

Daha sonar Fatimə və Əli xilafət məsələsində səhabələrdən kömək istəyərkən onlar belə cavab verdilər: “Ey Allah Rəsulunun qızı! Biz Əbu Bəkrə beyət etmişik. Əgər Əli daha öncə gəlsəydi, əlbəttə ki, onu tərk etməzdik.” Əli dedi: “Bizə yaraşar ki, Peyğəmbərin dəfnindən əvvəl xilafət üstündə mübahisə edək?”

 

Məhəmməddən sonrakı həyatı

Əlinin həyatının digər bir hissəsi 632-ci il Məhəmmədin ölümündən, 656-cı il 3-cü xəlifə Osmanın sui-qəsdinə qədərdir ki, bu müddət ərzində Əli nə bir döyüşdə və ya fəthdə iştirak etmiş nə də rəhbər vəzifələrdə işləmişdir. Xüsusilə həyat yoldaşı Fatimeyi-Zəhranın ölümündən sonra bütün siyasi işlərdən uzaqlaşmışdır. Bu müddət ərzində ailəsinə baxmaq üçün əkinçiliklə məşğul olmuşdur. Əli Mədinə yaxınlarında bir çox quyu qazırmış, bağça saldırmış və onları insanların ixtiyarına vermişdir. Bu quyular hal-hazırda da Əbar Əli (Əli quyusu) olaraq bilinir.

Əli Məhəmmədin ölümündən 6 ay sonra kamil bir Quran olan müshəfhazırlamışdır. Nüsxə dəvə ilə Mədinədə yaşayan digər əhaliyə göstərmək üçün hazırlanmışdır. Bu Müshəfin surə sıralaması sonradan Osmanın vaxrtında hazırlanan Quran nüsxəsindəki surə sıralamasından fərqlənmişdir. Kitab əhaliyə göstərildikdən sonra onların bir qismi tərəfindən qəbul edilməmişdir. Buna baxmayaraq Əli öz müshəfi üçün mübarizə aparmışdır.

 

Əli və Raşidi xəlifələr

Şiə mənbələrində hadisə belə nəql olunmuşdur: Məhəmməd Fədəyi dəvəli və atlı suvarilər olmadan (müharibəsiz) ələ keçirdikdən sonra Allah İsra surəsinin 26-cı ayəsini (Qohum-əqrəbaya haqqını ver.) nazil etmişdir. Məhəmməd bu ayəylə kimin nəzərdə tutulduğunu anlamadığına görə Cəbrailə müraciət etmiş, Cəbrail Allahdan soruşmuş, Allah da "Fədəyi Fatiməyə ver." demişdir. Məhəmməd də bundan sonra Fatiməni çağırmış və ona "Ey Fatimə! Allah mənə, Fədəyi sənə verməyimi əmr etdi." demiş, Fatimə də "Allahın və sənin bu hədiyyəni qəbul etdim." demişdir. Məhəmməd sağ olduğu zaman Fədəyi Fatimənin vəkilləri idarə etmişdir. Məhəmməd öldükdən və Əbu Bəkr hakimiyyətə gəldikdən sonra isə Əbu Bəkr Fatimənin vəkillərini oradan çıxartmışdır. Bundan sonra Fatimə, Əbu Bəkrin yanına gəlmiş və Fədəyin təkrar özünə verilməsini istəmişdir. Əbu Bəkir ona “Mənə qaradərili birini gətir, buranın sənə verildiyinə şahidlik etsin.” demişdir. Fatimə də Əli və Ümmü Əyməni gətirmiş, onlar da Fatimə lehinə şahidlik etmişdirlər. Bunun üzərinə Əbu Bəkr, Fatiməyə aid olan Fədəyə girməkdən imtina etməsinə ona dair bir yazı vermişdir. Fatimə Əbu Bəkrin yanından çıxdıqdan sonra yolda Ömərlə qarşılaşmış, Ömər “Əlindəki bu yazı nədir ey Məhəmmədin qızı?” deyə soruşmuş, Fatimə də «Əbu Bəkrin mənim üçün yazdığı bir yazıdır.» cavabını vermişdir. Bundan sonra Ömər “Mənə göstər.” demiş Fatimə isə göstərməmiş, bunun üstündən Ömər yazını əlindən çəkib almış və yazılanları oxumuş, sonra da üzərinə yağlı su töküb, silmiş və cırıb atmışdır. Fatiməyə də “Buranı sənin atan, atlı və dəvəli süvarilərlə zəbt etməmişdir. Çıxar artıq bu köləlik bağlarını boyunlarımızdan.” demişdir.

 Sünni mənbələrində isə hadisə belə nəql olunmuşdur: Qohum-əqrəbaya haqqını ver (İsra, 26) ayəsi nazil olduqan sonra Məhəmməd Fədəyi Fatiməyə vermişdir. Əbu Bəkr xəlifə seçildikdən sonra, Fədəyi Fatimədən almışdır. Fatimə Əbu Bəkrə “Rəsulullah (s) Fədəyi mənə vermişdir.” demiş, Əbu Bəkr isə cavabında “peyğəmbərlər özlərindən sonra miras qoymurlar, qoyduqkarı yalnız sədəqədir. Bu mövzuda bir dəlilin varmı?” deyə soruşmuşdur. Bunun üzərinə Əli Fatimənin sözünə şahidlik etmişdir. Daha sonra Ümmü Əymən Əbu Bəkr və Ömərə “mənim Cənnət əhli olduğuma şahidlik edə bilərsinizmi?” deyə soruşmuş, onlar da “bəli.” cavabını vermişdir. Ümmü Əymən də ardınca “mən də şahidlik edirəm ki, Nəbi (s) Fədəyi Fatiməyə (s.ə) vermişdir” demişdir. Əbu Bəkir dəcavabında “Mən bir kişilə bir qadının şahidliyini qəbul etmirəm. Ya iki kişi, ya da bir kişi və iki qadın şahid göstərəcəksən.“ demişdir. Bu hadisələrdən sonra Fatimə Əbu Bəkrə qəzəblənmiş və ölənə qədər onu danışdırmamışdır.

Şiə mənbələrinə əsasən Əli Əbu Bəkrin xilafəti zamanı onun arxasında dayanıb (ona iqtida edib) namaz qılmazmış.

 

Osmanın mühasirəsi

Osman ibn Əffan hakimiyyəti zamanı öz tayfası olan Bəni-Üməyyə (Bəni-Əbdüşşəms) tayfasından bəzi şəxsləri müxtəlif vəzifələrə təyin etdi. Əbuzər Ğiffari, Abdullah ibn Məsud, Əmmar Yasir və b. səhabə və tabeinlər Osmanın bu hərəkətlərinə görə onu comərdlikdə ittiham etmiş və xalq arasında ona qarşı bəzi etirazlar baş qaldırmışdır. Xilafətin əksər ərazilərində narazılıq və müqavimət 650-651-ci illərdə olmuşdur. Osmanın müxtəlif ərazilərə təyin etdiyi valilər, xüsusilə müşaviri və yeznəsi Mərvan ibn Həkəmin təyinatı ona qarşı olan narazılıqları daha da artırmışdır.Narazı qruplar Osmandan vəzifəyə təyin etdiyi şəxsləri vəzifədən azad etməsini və qohumbazlıq etməməsini ondan tələb etmişdirlər.

Bəzi şiə və sünni mənbələrində Osmanın evinin mühasirədə olduğu zaman Əlinin ona məsləhət verib, köməkçi olduğu yazılsa da digər bəzi İslami mənbələr və İslam alimləri bu məlumatların zəif olduğu fikrini irəli sürür.

 

Xilafəti

Xəlifə seçilməsi

Əli 656-661-ci illər arasında, İslam tarixinin ən çaxnaşmalı dövründə xəlifə olmuşur. Bu dövr həmçinin İlk Fitnə ilə də üst-üstə düşmüşdü.

Osmanın öldürülməsi o demək idi ki, üsyançılar yeni xəlifə seçməlidirlər. Bu, çox çətinliklərlə üzləşdi, belə ki, üsyançılar bir neçə qrupdan ibarət idilər: Mühacirlər, Ənsar, Misirlilər, Kufəlilər və Bəsrəlilər. Xəlifəlik üçün 3 namizəd var idi: Əli, Təlhə və Zübeyr. Üsyançılar ilk Əlinin yanına gəldilər və təklif etdilər ki, xəlifə olmağı qəbul etsin. Muhəmmədin səhabələrindən bəziləri bu təklifi qəbul etmək üçün Əlini razı salmağa çalışdılar. Lakin o təklifi qəbul etmədi və 1-ci şəxs olmaq əvəzinə məsləhətçi ola biləcəyini bildirdi.

Təlhə, Zübeyr və digər səhabələr də xəlifəlik təkliflərinə mənfi cavab verdilər. Beləliklə, üsyançılar Mədinə əhalisinə xəbərdarlıq etdilər ki, 1 gün ərzində xəlifə seçsinlər, əks təqdirdə ciddi təbbirlər görəcəklər. Bu çıxılmaz vəziyyəti yoluna qoymaq üçün müsəlmanlar 18 iyun 656-cı il tarixdə xəlifə seçmək üçün Peyğəmbər məscidində toplandılar. Əli əvvəlcə təklifi sadəcə olaraq ona görə qəbul etmədi ki, onun ən güclü tərəfdarları üsyançılar idi. Ancaq Mədinə əhalisi ilə birlikdə Muhəmmədin bəzi görkəmli səhabələri də təkid etdikdən sonra sonunda razılaşdı. Əbu Mixnəfin rəvayətinə görə, Əliyə ilk beyət edən məşhur səhabə Təlhə idi. Lakin digər rəvayətlər əksini iddia edir ki, onlar beyət etməyə məcbur edildilər. Həmçinin, bir müddət sonra Təlhə və Zübeyr könülsüz olaraq beyət etdiklərini iddia etdilər. Buna baxmayaraq, Əli onların iddialarını rədd etdi və israrl bildirdi ki, onlar könüllü şəkildə onu xəlifə kimi tanıyıblar. (yaxud, onlar könüllü çəkildə beyət ediblər). Vilfred Meydlanq hesab edir ki, güc insanları beyətə məcbur etməmiş və onlar məsciddə hər kəsin gözü qarşısında beyət etmişdilər.

Mədinə əhalisinin böyük əksəriyyəti və üsyançıların çox hissəsi beyət etsələr də, bəzi mühüm şəxslər yaxud qəbilələr beyət etmədilər. Əməvilər, Osmanın qohumları ya Levanta (məşriqə) qaçdılar, ya da evlərində oturdular. Daha sonra isə Əlinin xilafətinin qanuniliyinə etiraz etdilər. Səd ibn Əbi Vəqqas orada yox idi, Abdullah İbn Ömər isə beyət etməkdən çəkindi. Lakin hər ikisi ona qarşı çıxmayacaqlarına dair Əlini inandırdılar.

 

Sonrasında

İmam Əlinin Şəhidliyi - Şəkil çəkmək Yousef Abdinejad

Əlinin ölümündən sonra Kufə müsəlmanları münaqişəsiz onun böyük oğlu Həsənə tabe olacaqlarını əhd etdilər. Belə ki, Əli dəfələrlə bildirmişdi ki, ancaq Məhəmmdəin Əhli-Beyti müsəlman cəmiyyətini idarə etmək hüququna malikdir. Bu zaman İslam Dövlətinin ən böyük komandiri Muaviyə Misir və Levantı tutmuş, özünü xəlifə elan etmiş və Həsənin xəlifəliyinin yerləşdiyi İraqa yürüş etmişdir.

Ordu ona qarşı üsyan qaldırana qədər Muaviyə Həsənin komandirlərini tədricən xeyli miqdarda pulla və ya yalan vədlərlə devirirdi. Nəhayət, Həsən Muaviyəyə xilafəti təslim etmək və onunla sülh bağlamağa məcbur olmuşdur. Bu yolla Muaviyə İslam xəlifəliyini ələ keçirmiş və hər mümkün yolla Əlinin ailəsini və onun şiələrini təzyiq altında saxlamağa çalışmış və Muaviyənin əmrilə Əli hər xütbədən əvvəl minbərlərdən lənətlənməyə başlanmışdır. Əlinin lənətlənməsi Ömər ibn Əbdüləziz tərəfindən ləğv olunana qədər 60 il müddətində davam etmişdir. Muaviyə həmçinin mərkəzləşdirilmiş dövlət olan Əməvilər xilafətiniyaratmışdır.

 

Baxış

İslami baxış

Şiə

Əli dövründə Şiə münasibətləri Məhəmməddən sonra ən əhəmiyyətli fiqur olmuşdur. Onlara görə Məhəmməd öz sağlığında dəfələrlə bildirmişdir ki, Əli onun ölümündən sonra müsəlmanların başçısı olacaqdır. Bu şiələr tərəfindən rəvayət olunan bir çox hədisdə dəstəklənir: Qədir-Xum hədisi, Səqaleyn hədisi, Qələm və kağız hədisi, Ali-Aba hədisi, Məkan hədisi, Xəbərdarlıq hədisi, On iki xəlifə hədisi.

Buna fikrə əsasən Məhəmmədin xələfi kimi Əli ancaq cəmiyyət üzərində ancaq ədalətli hökmranlıq etməyib, həmçinin şəriət hüququ və onun ezoterik mənaları şəhr olunur.

 

Sünni

Əlinin qılıncı Zülfüqarın Osmanlı bayrağında təsviri

Süni müsəlmanları Əlini bir Əhli-Beyt və sonuncu Rəşidun xəlifəsi kimi, eləcə də İslamda ən mötəbər və təsiredici liderlərdən biri kimi anırlar.

 

Təsəvvüf

Tanrı olaraq

Bəzi rəvayətlərdə Əlinin öz sağlığında ona ibadət etməyi qadağan etdiyi qeyd olunmuşdur.

 

Qeyri-İslami baxış

Şəxs

Sitat

Edvard Qibbon(Britaniya XVIII əsr tarixçisi)

Əlinin qeyrəti və xeyirxahlığı heç vaxt öz dinindən dönmüş insanlar tərəfindən qabaqlanmamışdır. O, müqəddəsi, əsgəri, şairi birləşdirmişdir; onun müdrikliyi hələ də onun mənəvi və dini kəlamlarında nəfəs almaqdadır; və qılınc və ya dil döyüşündə hər rəqibi onun fəsahəti və şücaəti üzündən məyus olurdu. Onun vəzifəsinin ilk saatından onun dəfnetmə mərasiminə qədər lider heç vaxt səxavətli dostu tərəfindən tərk edilməmişdir.

Vaşinqton İrvinq(ABŞ yazıçı və oçerkisti)

O, alicənab Qureyş nəslinin ən alicənab nümayəndəsi idi. O ərəblər tərəfindən vacib olan 3 böyük keyfiyyətə sahib idi: cəsarət, fəsahət, və əliaçıqlıq. O, Aslan tanrısının peyğəmbər adından qorxmaz ruh qazanmışdır; onun fəsahəti haqqında misallar hələ də bəzi ayələrdə və ərəblər arasındakı bəzi hekayələrdə saxlanmışdır; onun comərdliyi isə özünü hər cümə günü digər insanların iştirakı zamanı büruzə verirdi; kəraməti haqqında hər misalda təkrarlayırıq.

 

Tarixçilik

Əlinin həyatından bəhs edən ən qədim mənbələr Quran, hədislər, eləcə də bəzi İslam mənbələridir. Orta əsr mənbələrinə isə sünni və şiələrin işləri, xristianların, hindlilərin və digər qeyri-müsəlmanların yazıları və bəzi qərb alimlərinin işləri aiddir. Lakin bəzi qədim İslam mənbələri Əli haqqında məlumatları olduqca qabardır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR