Slimfit
  1. AZƏRBAYCAN

Ələtdə yükqaldırma əməliyyatları dayandırılıb

Ələtdə yükqaldırma əməliyyatları dayandırılıb
Sakura

Ələtdə yükqaldırma əməliyyatları dayandırılıb

Bakıda və Abşeron yarımadasında havanın kəskin dəyişməsi ilə əlaqədar Ələt qəsəbəsində yerləşən yeni Bakı limanında hazırda saniyədə 22-25 metr, Bakı şəhərində yerləşən Əsas yük terminalında isə saniyədə 17 metr sürətlə şimal-şərq küləyi əsir.
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-dən Azvision.az -a verilən məlumata əsasən günün ikinci yarısında küləyin sürətinin saniyədə 30-35 metr olacağı gözlənilir. 

Əmək təhlükəsizliyi qaydalarına əsasən Ələt qəsəbəsində yerləşən yeni Bakı limanında və Bakı şəhərində yerləşən Əsas yük terminalında yükqaldırma əməliyyatları müvəqqəti olaraq dayandırılıb. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR