Slimfit
  1. DÜNYA

Elektron tullantılarının təkrar emalı iqtisadi fayda vəd edir

Elektron tullantılarının təkrar emalı iqtisadi fayda vəd edir
Sakura

Elektron tullantılarının təkrar emalı iqtisadi fayda vəd edir

Hər gün 50 milyon tona yaxın tərkibində zəhərli maddələr olan kompüter, noutbuk, kompüter əlavələri, mobil telefon və digər məişət elektronikası tullanılır. Bu elektron tullantılarının yalnız 20 faizi rəsmi şəkildə lazımi şəraitdə təkrar emal edilir. Qalan tullantılar isə zibilliklərə atılır və ya sağlamlığa zərərli şəraitdə emal olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə yanvarın 24-də Davosda keçirilən Dünya İqtisadi Forumunun iştirakçılarına təqdim edilən məruzədə bildirilir. Sənəd Birləşmiş Millətlər Təşkilatının (BMT) bir neçə təsisatı, o cümlədən BMT Universiteti ilə birgə hazırlanıb. Məruzənin müəllifləri 2050-ci ilədək elektron tullantılarının həcminin təxminən 3 dəfə artaraq 120 milyon ton təşkil edə biləcəyi barədə xəbərdarlıq edirlər. Artıq bu gün elektron tullantılarının çəkisi nə vaxtsa istehsal olunan bütün kommersiya avialaynerlərinin çəkisini ötüb keçir.

BMT ekspertləri dəfələrlə sıradan çıxmış elektronikanın lazımi utilləşdirilməsinin aparılmasına dair çağırış ediblər. Lakin 2018-ci ildə zəruri normalara riayət olunmaqla bütün elektron tullantılarının yalnız 20 faizi emal edilib. Milyonlarla vətəndaş onları qeyri-leqal və ya təhlükəli şəraitdə emal edirlər. Təkcə Çində 600 min nəfərdən çox belə insan mövcuddur.

BMT nümayəndələri biznesmen və siyasətçiləri elektron tullantılarının təhlükəsiz emalının təşkili üçün həlledici tədbirlər görməyə çağırıb. Onlar bu məqsədlərdən ötrü yeni texnologiyalardan daha fəal şəkildə istifadəni təkidlə tövsiyə ediblər. Ekspertlər əmindirlər ki, elektron sektorunda düşünülmüş bu siyasət milyonlarla insan üçün iş yerlərinin yaranmasına gətirib çıxara bilər.

Yeri gəlmişkən, elektron tullantılarının təkrar emalı iqtisadi fayda da vəd edir. Mobil telefonların, kompüterlərin və digər elektron məhsullarının istehsalında qızıl, gümüş, platin və digər qiymətli metallardan istifadə olunur. Bütün bunlar hazırda sıradan çıxmış texnika vasitəsilə zibilliklərə atılır. Ekspertlərin hesablamalarına görə, ötən il götürülməsi mümkün olan, lakin atılan qiymətli metalların dəyəri 62,5 milyard dollar təşkil edib ki, bu məbləğ də dünyanın əksər ölkələrinin ümumi daxili məhsuluna bərabərdir və gümüş istehsalından gələn gəliri 3 dəfə üstələyir. Ekspertlər qeyd edirlər ki, bir ton elektron tullantının tərkibindəki qızıl bir ton qızıl filizinin tərkibindəkindən 100 dəfə çoxdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR