Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Elektron siqaretlər toksiki asılılığı gücləndirir

Elektron siqaretlər toksiki asılılığı gücləndirir
Sakura

Elektron siqaretlər toksiki asılılığı gücləndirir

Hazırda dünyada 1,1 milyard nəfər siqaret çəkir. Hər gün dünyada 85 min nəfər bu zərərli vərdişin aludəçisinə çevrilir və onlardan 22 min nəfəri həmin asılılıqdan xilas ola bilmir. Tütün aludəçiliyindən uzaqlaşmaq istəyənlərin əksəriyyəti isə çıxış yolunu elektron siqaretdə görür.

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Tofiq Musayev məsələyə aydınlıq gətirərək AZƏRTAC-a deyib: “Elektron siqaret istənilən halda tütünçəkməni dəstəkləyir, üstəlik onun tərkibindəki kimyəvi maddələr bəzi xəstəliklərin yaranmasına da zəmin yaradır. Aparılan tədqiqatlar göstərir ki, bəzi elektron siqaretlərin tüstüsündə toksik maddələrin səviyyəsi hətta siqaret qədər olur, çünki onun tərkibində kanserogen maddələr var. Həmin zərərli maddələrin hüceyrədaxili təsiri ola bilər və onlar da xərçəng xəstəliyinə səbəb olan amilləri gücləndirə bilər”.

Mütəxəssislərin araşdırmalarına görə, elektron siqaretin tüstüsü qalay, gümüş, dəmir, alüminium kimi maddələri özündə ehtiva edir, həmin maddələr isə toksiki asılılığa səbəb olur. Həmçinin nəzarətsiz və yüksək miqdarda istifadə edildiyi zaman mədə-bağırsaq sistemində pozuntular yaranır, ağciyərin iltihabı, başağrısı, dəridə bir sıra xəstəliklər baş qaldırır: “Eyni elektron siqaretdən şərikli istifadə, yəni bölüşdürülərək və ya növbə ilə çəkilməsi infeksiya mənbəyi rolu oynaya, o cümlədən vərəmin yayılmasına səbəb ola bilər. Elektron siqaretlərin kartricləri ilə əlaqədar da təhlükəli məlumatlar var. Bəzi uşaqlar bilmədən onu udaraq toksik təsirə məruz qalıblar”.

Şöbə müdiri onu da diqqətə çatdırıb ki, elektron siqaretlər siqaret asılılığını daha da gücləndirir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR