Slimfit
  1. İQTİSADİYYAT

Elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilən şəxslərin sayı açıqlandı - RƏSMİ

Elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilən şəxslərin sayı açıqlandı - RƏSMİ
Sakura

Elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilən şəxslərin sayı açıqlandı - RƏSMİ

Bu ilin ilk rübündə 30 minədək şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib.

Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsi məlumat yayıb. 

Bildirilib ki, bu il sosial təminat növləri üzrə təyinatların elektron qaydada aparılması işləri davam etdirilib. Yanvar-mart aylarında e-qaydada 5600 şəxsə pensiya, 24 min şəxsə isə müavinət-təqaüd təyin edilib.

Ümumilikdə, ötən il və cari ilin ilk rübündə 65 minə yaxın şəxsə qeyd edilən sosial təminat növlərinin e-qaydada təyinatı aparılıb.

Bununla da həmin şəxslərin hansısa quruma müraciət etməsinə və sənəd təqdim olunmasına ehtiyac qalmadan, onlara e-qaydada pensiya, müavinət və təqaüd təyin olunub.

2019-cu ildə ölkəmizdə pensiya, müavinət və təqaüdlərin, ümumilikdə 21 sosial təminat növünün avtomatlaşdırılmış təyinat sistemləri işə salınıb. Ötən il bu proaktiv xidmətlər vasitəsilə 15 min şəxsə elektron qaydada pensiya, 20 min şəxsə e-qaydada müavinət-təqaüd təyin edilmişdi.

 

Mənbə: oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR