Slimfit
  1. İQTİSADİYYAT

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi artıb

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi artıb
Sakura

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi artıb

Bu ilin yanvar-iyul aylarında sənayenin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 milyard 113,1 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ayı ilə müqayisədə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 4,7 faizlik artım müşahidə edilib. Sənaye məhsulunun 4,1 faizi məhz bu sektorda istehsal olunub.

Yeddi ayda su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi isə 1,1 faiz artaraq 175,4 milyon manat olub. Sənaye məhsulunun 0,6 faizi həmin sektorda istehsal edilib.

İyul ayında sənaye məhsullarının istehsalçı qiymətləri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri üzrə dəyişməyib. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 2,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və email sektorunda, 1,7 faizi isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində çalışıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR