Slimfit
  1. CƏMİYYƏT

“Elə bildim telefonum partladı” – Fazil Mustafa sui-qəsdin detallarını açıqladı

“Elə bildim telefonum partladı” – Fazil Mustafa sui-qəsdin detallarını açıqladı
Sakura

“Elə bildim telefonum partladı” – Fazil Mustafa sui-qəsdin detallarını açıqladı

Bir neçə gün əvvəl yaşadığı evin qarşısında silahlı hücuma məruz qalan deputat Fazil Mustafa hadisədən sonra ilk dəfə geniş açıqlama verib.

Ens.az Globalinfo.az-a istinadən xəbər verir ki,  deputat üzləşdiyi terror hücumu ilə bağlı “Real TV”yə danışıb.

O, hadisə günü dostları ilə birgə restoranda iftar edib. Terror aktı restorandan çıxıb evə gələn zaman baş verib. Həmin vaxt maşını Fazil Mustafa özü idarə edib.

“Evə yaxınlaşarkən şübhəli məqam hiss etmədim. Bizim darvaza pultla açılır. Evə yaxınlaşana yaxın pultu basdım. Dedim, qapı açılana qədər qardaşıma zəng edim. Evə gəlməyimin səbəbi o idi ki, axşam namazını evdə qılım. Qapını pultla açdım, bu vaxt telefonu əlimə götürəndə dəhşətli parıltı gördüm. Bunun avtomat olduğunu düşünmədim, elə bildim telefonum partladı. Deməli, güllə maşının qapısından keçib ayağıma dəyib. Birdən ağlıma gəldi ki, mənə atəş açırlar. İkinci atəş maşının içində çiynimi tutdu. Darvaza bağlı olsaydı, sürüb geri gedəcəkdim. Amma sui-qəsdi törədənlərin neçə nəfər olduğunu bilmirdim”, – deputat deyib.

“Maşının qapısını açıb əyilərək evə doğru qaçdım. Yoldaşım qapını açanda dedim ki, məni vurdular, qapını bağlayın. Gözüm kamerada idi ki, görüm onlar mənim arxamca gələcəklər, yoxsa yox. Təminatım yox idi ki, onlar evə hücum edəcək, yoxsa yox. Çünki darvaza açıq idi. Maşın qapısı da açıq idi, kimsə sürüb gedə bilərdi. Yoldaşım pultu tapıb darvazanı bağladı. Xəstəxanaya gələnə qədər huşum özümdə idi, özümü itirməmişdim. Özüm 102-yə zəng etdim ki, mən filankəsəm, mənə qarşı sui-qəsd olub. Sonra mülki geyimdə polislər gəldi. Ondan sonra hər tərəfə məlumat verildi”, – Fazil Mustafa əlavə edib.

Xatırladaq ki, martın 28-də saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında – Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR