Eldar Həsənov məhkəmədə ifadə verib
Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Ens.az" “Report”a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Eldar Həsənov ifadə verib.
O, ittihamlarla razı olmadığını bildirib.
Daha sonra təqsirləndirilən şəxs bir daha səhhəti ilə bağlı məlumat verib.
Vəkil Cavad Cavadov vəsatət qaldırıb. O, E.Həsənovun barəsində seçilmiş həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Vəsatət təmin edilməyib.
Prosesdə fasilə elan olunub.
Fasilədən sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, E.Həsənovun səhhətində problem yaranıb.
Buna görə də məhkəmə iclası sentyabrın 20-dək təxirə salınıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət