Slimfit
  1. AZƏRBAYCAN

Eldar Əzizov Zabratda zeytun bağının zəbt edilməsini nəzarətə götürdü

Eldar Əzizov Zabratda zeytun bağının zəbt edilməsini nəzarətə götürdü
Sakura

Eldar Əzizov Zabratda zeytun bağının zəbt edilməsini nəzarətə götürdü

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Sabunçu rayonunda, 1-ci Zabrat qəsəbəsində yüzlərlə çoxillik ağaclarının olduğu 35-40 sotluq zeytun bağının qanunsuz zəbt edilməsi və hasarlanması faktını nəzarətə götürüb. Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, bu barədə yazılanlardan sonra Eldar Əzizov müvafiq şöbəyə faktın araşdırılmasını müvafiq şöbəyə tapşırıb.

“Tapşırq verilib, müvafiq şöbədən ora gediblər, araşdırırlar. Nəticəsi barədə məlumat verəcəyik”-şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov belə deyib.

Xatırladaq ki, 1-ci Zabrat qəsəbəsində, 18 Oktyabr küçəsində “Neftmaştəmir” ASC ilə üzbəüz yerləşən zeytun bağı təxminən 10-12 gün əvvəl zəbt olunub və hündür hasara alınıb. İçəridə kafe tikintisinə hazırlıq aparılır.

Prezident İlham Əliyevin Bakıda yaşıllıqların qanunsuz zəbt edənlərə və belə hallara imkan yaradan məmurlara qarşı növbəti sərt xəbərdarlığından cəmi bir ay keçmiş törədilmiş bu özbaşınalıqla bağlı  virtualaz.org daha əvvəl Sabunçu rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də rəylərini dərc etmişdi.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları həmin ərazidə araşdırma aparıb, zeytun bağının qanunsuz hasarlandığı təsbit olunub və nazirlik tərəfindən hasarın təcili sökülməsi barədə həm rayon İcra Hakimiyyətinə, həm Bakı şəhər İcra Hakimiyyətinə təcili telefonoqram göndərilib. Sabunçu rayon İcra Hakimiyyətindən isə ərazini hasarlayanların gah “sovet dövründə alınmış qanuni sənədlərinin” olduğunu, gah da 2000-ci ildə yerli bələdiyyədən bu ərazini uzunmüddətli icarəyə götürdüklərini deyiblər. Hansı ki, zeytunluq sahəsi bələdiyyə mülkiyyəti deyil.

Sakinlər deyirlər ki, həmin zeytunluğun bir hissəsini bir neçə il əvvəl zəbt edib orada kafe açıblar. İndi hasarı çəkənlər də həmin kafenin sahibləridir, hansı ki, bu adamlar hansısa nüfuzlu adamların adlarını çəkir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR