Slimfit
  1. AZƏRBAYCAN

Eldar Əzizov Bakıda mer seçkilərinin keçirilməsi ilə bağlı təklifə münasibət bildirib

Eldar Əzizov Bakıda mer seçkilərinin keçirilməsi ilə bağlı təklifə münasibət bildirib
Sakura

Eldar Əzizov Bakıda mer seçkilərinin keçirilməsi ilə bağlı təklifə münasibət bildirib

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakıda və digər böyük şəhərlərdə mer seçkilərinin keçirilməsi ilə bağlı təkliflərə münasibət bildirib.

"Report"un xəbərinə görə, E.Əzizov deyib ki, hazırki struktur daha səmərəli fəaliyyət göstərir.

Onun sözlərinə görə, bu məsələ Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olan məsələ deyil: "Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat qanunvericiliklə tənzimlənir. Konstitusiya görə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Prezidentin səlahiyyətli nümayəndəsi kimi çıxış edir. Bu, bir institutdur, meriya isə başqa institutdur. Hərəsinin öz üstünlüyü var. Hər iki institutun zəif yerləri də var. Hesab edirəm ki, hazırkı struktur daha səmərəli işləyir. Bütün ehtiyatlardan yaxşı istifadə edilərsə, nəticə əldə etmək olar".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR