Eldar Əzizov: 'Bakı sakinləri 'Formula 1'i maraqla izləyirlər'
"Bakı sakinləri "Formula 1" üzrə Azərbaycan Qran-prisini çox maraqla qarşılayır və izləyirlər".
"Report"un məlumatına görə, bunu Bakı Şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" mövzusunda beynəlxalq konfransda çıxışında deyib.
O qeyd edib ki, Azərbaycan son 16 il ərzində ciddi inkişaf yolu keçib: "Ciddi sabitlik və inkişaf sayəsində belə bir tədbiri keçirmək mümkün olur. Bunun müsbət tərəflərini görməkdəyik. 2016-cı ildən indiyədək turistlərin sayı 4 dəfə artıb. 2016-cı ildə 144 otel var idisə, indi 200-dən çoxdur. Belə əhəmiyyətli tədbirlər həm Bakını dünyada təbliğ edir, həm də sakinlərimiz böyük sürətlə dünyaya inteqrasiya edirlər. Belə tədbirləri davam etdirmək niyyətindəyik. Bu il də yüksək səviyyədə Qran-pri keçirəcəyimizə əminəm".
Hazırda Bakıda əhalinin 3 milyona çatdığını deyən icra başçısı şəhərin uzunluğunun 38 km olduğunu vurğulayıb.
Qeyd edək ki, bu il "Formula 1" üzrə Azərbaycan Qran-prisi bu il iyunun 5-7-də keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət