Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Elçin Mustafayev: “Mayesiz qalan insanlarda böyrək daşının əmələ gəlmə ehtimalı olduqca yüksəkdir”

Elçin Mustafayev: “Mayesiz qalan insanlarda böyrək daşının əmələ gəlmə ehtimalı olduqca yüksəkdir”
Sakura

Elçin Mustafayev: “Mayesiz qalan insanlarda böyrək daşının əmələ gəlmə ehtimalı olduqca yüksəkdir”

“Böyrək daşı xəstəliyinin ev şəraitində müalicəsi edilməsi tövsiyə olunmur. Çünki böyrək daxilində yad cisim sidik yollarını infeksiyalaşdırır və iltihablaşdırır. Daşların növündən asılı olaraq ölçüsü və yerləşməsinə görə fərqli yanaşma var”.

Bunu “Report”a açıqlamasında həkim-uroloq Elçin Mustafayev deyib.

Həkim qeyd edib ki, daşların növlərinə görə yaranma səbəbləri müxtəlifdir: “Səbəblərə görə də müalicə üsulları seçilir. Xəstələrdə əsas üç tip - oksalat, fosfat və urat daşlarına rast gəlinir. Təbii ki, az-az rast gəlinən daş növləri (sistin, ksantin) də var. Ölçüsü kiçik (7 mm-ə qədər) və sidik yollarına düşərək güclü ağrı verəndə bunu qovub çıxartma müalicəsi tətbiq olunur. Xəstəyə çoxlu maye qəbulu və hərəkətlilik, yəni qaçıb-tullanmaq məsləhət görülür. Təxminən ay yarım müddətində gözlənilir və əgər daş düşmürsə, böyrəyin sıradan çıxma ehtimalı çox olduğundan daşları xaric etmək üçün ya daşdöymə, ya da endoskopik əməliyyat icra edilir”.

O qeyd edib ki, ölçüsü 7 mm-dən böyük olan daşı qovub çıxartmaq üsulu az effekt verir: “Ona görə də əvvəlcədən xəstəyə tövsiyə olunur ki, əməliyyat edilsin. Təbii ki, xəstəyə az zərər vurulması daha öndə gəlməlidir. Xəstənin daşının çıxarılmasından sonrakı ilk 6 ay kritik dövr sayılır. Çünki həmin müddətdə daşın yenidən əmələ gəlmə riski 50 %-dir. Statistika belədir ki, hər 10 xəstədən üçü 3-5 ilə qədər yeni daşlarla geri qayıdır. Baxmayaraq ki, həmin xəstə intizamlıdır, yəni düzgün qidalanır. Daşın yaranmasını dayandırmaq işləri yalnız cəhdlərdir. Elə xəstəm olub ki, 8 il bundan əvvəl əməliyyat etmişəm hələ də daş yaranmayıb. Ancaq elə insan da olub ki, hər il əməliyyat olunmaq üçün müraciət edir”.

“Hər iki böyrəyin götürülməsi həyatın sonudurmu” sualına cavab verən həkim əlavə edib ki, böyrək insan orqanizmində özünü bərpa etməyən orqandır: “Ona görə də insanlar böyrəklərini qorumalıdır. Bunun üçün ilk növbədə çoxlu maye qəbulu mütləqdir. Müalicəvi sular deyib insanların içdiyi mayelərin qəbulu bütün hallarda məsləhət deyil. Əgər insanda sidik daşı xəstəliyi yoxdursa içilə bilər. Mayesiz qalan insanlarda böyrək daşının əmələ gəlmə ehtimalı olduqca yüksəkdir. Müasir dövrdə iki böyrəyini itirən insana belə yenisini köçürməklə onu həyata qaytarmaq mümkündür”.

Mütəxəssis deyib ki, tək böyrəyin olması insanı əlil etmir: “Onlara mayesiz qalmamağı, duzdan az istifadə etməyi, ağır idman növləri ilə məşğul olmamağı məsləhət görürük”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR