Slimfit
  1. İDMAN

Elçin İsmayılov: "Hakimlər medalımızı əlimizdən aldılar"

Elçin İsmayılov: "Hakimlər medalımızı əlimizdən aldılar"
Sakura

Elçin İsmayılov: "Hakimlər medalımızı əlimizdən aldılar"

"Yarışda Azərbaycanı 7 oğlan və 3 qız idmançı təmsil edirdi. 55 kq çəki dərəcəsində iki idmançımız finala yüksəldi".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında cüdo üzrə gənclərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Elçin İsmayılov idmançıların dünya çempionatındakı çıxışı barədə danışarkən deyib. 

O, mundialda Avropa çempionatının mükafatçılarının iştirak etdiyini və yarışın yaxşı səviyyədə keçdiyini vurğulayıb: "Çox ağır çempionat oldu. Bir gün yarım yol getdik. Yorğunluq var idi. Buna baxmayaraq, idmançılarımız əzmkarlıq göstərdi. Yaxşı nəticə gözlədiyimiz idmançılar da var idi. Onlar isə bəzi səbəblərdən nəticə qazana bilmədilər. Demək olar ki, bütün idmançıların yaxşı çıxış edəcəyinə ümid edirdik. Onların hamısı medala yaxın idilər. Üçüncü yer uğrunda görüşdə 44 kq çəki dərəcəsində mübarizə aparan Şəfəq Həmidovaya qarşı hakimlər qərəzli mövqe tutdular. Demək olar ki, medalımızı əlimizdən aldılar".

Mütəxəssis İçinxorlu Munxtsedev və Kəramət Hüseynovun bir ay öncə böyüklərin çempionatında iştirak etməsinə baxmayaq, bu yarışa aparılmısını düzgün addım kimi qiymətləndirib: "Qadınların mübarizəsində 48 kq-da dünya çempionu olan ukraynalı Darya Beloded də bu yarışda iştirak edirdi. O, gənclər arasında da dünya çempionu oldu. Hər həftə yarışda iştirak edən cüdoçular var. Onun iştiraka heç bir təsiri olmamalıdır. Amma, təəssüflər olsun ki, Kəramətin dizində zədəsi var idi. O da yarışda özünü büruzə verdi. Bu səbəbdən yaxşı nəticə göstərə bilmədi".

E.İsmayılov Zelim Kotsoyevin yarışdan öncə zəhərləndiyini və buna görə dünya çempionatına aparılmadığını söyləyib: "Biz mundiala əsas heyətlə yollandıq. Medallara namizədlər dünya çempionatında iştrak etdilər. Həmin an Kotsoyevi əvəz edən idmançı yox idi".

Baş məşqçi 55 kq çəki dərəcəsinin finalında Azərbaycanın iki cüdoçusunun mübarizə aparmasını sevindirici hal kimi dəyərləndirib: "Biz bunu, əsasən, yapon idmançılarda görürük. Keçən il də bizim idmançılar finalda güləşmişdilər. Bu, qürurvericidir. Həmin anda kimin qalib gələcəyinin fərqi yoxdur. Bizim üçün himnimizin səslənməsi əsas məsələdir. Finaldan sonra Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer bizi təbrik etdi. İdmançılarımızın çıxışlarını bəyəndiyini bildirdi. Hər iki cüdoçumuz sona qədər mübarizə apardı. Sonda Rövşən qızıl medala sahib oldu. Onları finala çıxdıqları üçün təbrik edirəm. Bu, çox uzun və əzmkar yol idi. Demək olar ki, onlar vaxtlarının çox hissəsini bizimlə keçirirlər. Təlim-məşq toplanışları keçirik və müxtəlif yarışlarda iştirak edirik. Bu gün isə onun bəhrəsini gördük. Bizim üçün təlim-məşq toplanışları təşkil etdiyi üçün federasiyamıza təşəkkür edirəm".

O, son olaraq milli komandanın yuxarı çəki dərəcələrindəki idmançılarından da söz açıb: "Bizim komandada 81 kq çəki dərəcəsində Murad Fətiyev yarışa 10 gün qalmış zədələndi. Ona görə də yaxşı nəticə göstərə bilmədi. O, gürcüstanlı idmançı ilə güləşdi və uzun görüşdən sonra məğlub oldu. Gələcəkdə ağır çəki dərəcəsində də yaxşı nəticə göstərəcək idmançılarımız var". 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR