Slimfit
  1. CƏMİYYƏT

Elan saytlarında görünməmiş dələduzluq

Elan saytlarında görünməmiş dələduzluq
Sakura

Elan saytlarında görünməmiş dələduzluq

Əməliyyat-axtarış tədbirlər nəticəsində vətəndaşları dələduzluq yolu ilə aldadaraq zərərçəkənlərin pullarını mənimsəyən Bakı şəhər sakini, 21 yaşlı Rəsul Cəfərov saxlanılıb. 

Yeni Sabah” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, ilkin dindirmə zamanı saxlanılan şəxs vətəndaşlara qarşı dələduzluq etdiyini etiraf edib.

Saxlanılan şəxsin ətrafında aparılan tədbirlərlə məlum olub ki, R.Cəfərov avtomobil elanları saytlarında müxtəlif şəxslərə məxsus nəqliyyat vasitələrinin şəkillərini və məlumatlarını özünə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, həmin avtomobilləri bazar dəyərindən daha ucuz qiymətə satılması barədə elanlar yerləşdirib. Daha sonra isə ona zəng edən alıcılarla satış qiyməti barədə razılığa gələn R.Cəfərov, alıcılara avtomobili almaq üçün beh göndərmələrini tələb edərək, onlara bank hesab nömrəsi tədqim edib. Alıcılar tərəfindən beh göndərildikdən sonra isə R.Cəfərov zərərçəkmişlərin telefon zənglərinə cavab verməyərək onlarla əlaqəni kəsib və həmin şəxslərin pullarını dələduzluq yolu ilə mənimsəyib.

Polis əməkdaşları Rəsul Cəfərovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR