Dərc edildi: Baxış sayı: 592
“Əl-Qaidə”nin Yəməndəki rəhbəri məhv edilib
ABŞ hərbçiləri “Əl-Qaidə” terror qruplaşmasının Yəməndəki rəhbəri Kasim ar-Rimini məhv ediblər.
“Lenta.ru” xəbər verir ki, bu barədə məlumatı Ağ Ev yayıb.
Məlumata əsasən, ABŞ Prezidenti Donald Trampın tapşırığı əsasında həyata keçirilən əməliyyat nəticəsində terror qruplaşmasının rəhbəri məhv edilib.
“Onun ölümü Ərəbistan yarımadasında və bütün dünyada “Əl-Qaidə”yə ciddi zərbə vurub. Milli maraqlarımıza zidd olan bu qruplaşmaların təhlükələrinin zərərsizləşdirilməsinə yaxınıq”, - deyə bəyanatda qeyd edilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət