Slimfit
  1. MARAQLI

Əl ilə yemək yemənin faydaları

Əl ilə yemək yemənin faydaları
Sakura

Afrikanın, Yaxın Şərqin və Asiyanın gözə görünməyən bölgələrinə getdikdə ortaq bir nöqtə tapmaq olur

Afrikanın, Yaxın Şərqin və Asiyanın gözə görünməyən bölgələrinə getdikdə ortaq bir nöqtə tapmaq olur.

Metbuat.az “Posta.com”a istinadən xəbər verir ki, bu bölgələrdə bir çox insan çəngəl, qaşıq və bıçaq əvəzinə əlləri ilə yemək yeməyi üstün tutur. Bəzi insanlar əl ilə yemək yeməyi iyrənc hesab edir. Amma bir çox da insan bunu rahat və əyləncəli hesab edir. Bundan başqa əl ilə yemək yemənin bir çox faydası var.

 

Yemək yemək diqqət tələb edən bir prosesdir. Bütün hisləri (görmə, qoxlama, eşitmə, dadma və toxunma) istifadə etmək bu təcrübəni daha da qənaətbəxş bir hala gətirir. Yemək üçün əllərdən istifadə etməniz bədəniniz ilə yemək arasında zehniniz və ruhunuzla qurduğunuz əlaqə ilə yanaşı hiss olunan bir əlaqə yaradır.

Bir qaşıqla və ya çəngəllə yemək yedikdə yeməyinizi bilavasitə ağzınıza apardıqda zehniniz yeməyin temperaturunu hiss etməz. Bu səbəblə çox isti yeməklər ağzınızı yandıra bilər. Amma əl ilə yedikdə barmaqlarınızdakı sinir ucları qidanın istiliyini qavrayır və dilin yanmasının qarşısını alır. Sinir ucları da beyinə nə yeyəcəyinizlə bağlı xəbərdarlıq göndərir. Bu yeməklərinizi daha yaxşı dadmanıza kömək olmaq üçün uyğun həzm sularının və fermentlərinin yaranmasını təmin edir.

Əllərdə yaxşı və pis bakteriyalar mövcuddur. Yaxşı bakteriyalar sizi ətrafdakı bir çox zərərli mikrobdan qoruyur. Bir qaşıq və çəngəllə yemək yedikdə bu bakteriyalar bağırsaqlara çatmır. Digər tərəfdən əl ilə yedikdə barmaqlardan gələn flora ağıza keçir və udularaq bədənin fərqli hissələrinə gedir. Bu da bağırsaqlarda sağlam həzmə kömək edir və bağırsaqlardakı zərərli bakteriyaların yaranmasının qarşısını alır.

Çəngəl və qaşıqla yemək yemək qan şəkəri tarazlığını pozur. Bu da diabet riskini artıra bilər. Əllərinizdən istifadə edərək ağzınıza daha az yemək qoyarsız. Yavaş yemək yeməyin daha yaxşı həzm olunmasını təmin edir və beyinə mədənin dolduğunu bilməsi üçün vaxt verir. Beləliklə daha az yemək yemiş olursunuz.

Bir çox insan əl ilə yemək yemənin gigiyenik olmadığını düşünür. Həqiqətdə isə bu tam tərsidir. Əlləri ilə yemək yeyənlər yeməkdən əvvəl əllərini yuyur. Amma çəngəl, bıçaq kimi mətbəx əşyaları adətən tələsik yuyulur və həmişə tam olaraq təmiz olmurlar.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR