Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Əl, ayaq və digər orqanlarda şişkinliyin 8 təhlükəli səbəbi

Əl, ayaq və digər orqanlarda  şişkinliyin 8 təhlükəli səbəbi
Sakura

Əl, ayaq və digər orqanlarda şişkinliyin 8 təhlükəli səbəbi

İllərdir ki, istifadə etdiyiniz üzük barmağınıza olmur, ayaqlarınız da şişdiyi üçün ayaqqabılarınız sıxmağa başlayıb? Bu cür şişlər orqanizmdə mayenin toplanması nəticəsində yaranır.

Publika.az oxucuları bədəndəki şişlərin yaranma səbəbləri və ondan xilas yolları ilə tanış edib

Gündəlik tövsiyə edilən duz norması 5 qram və ya 1 çay qaşığıdır. Əgər lazım olan miqdardan çox duz qəbul etsək, onda orqanizmdə maye toplnamağa başlaya bilər.

Nə etməli? Əlbəttə ki, duzdan istifadəni məhdudlaşdırmalıyıq. Əgər yemək şirin gəlirsə, ədviyyatlardan istifadə edin.

Allergiya

Əgər şişkinliklə qızartı və qaşınma müşayiət olunursa, onda bütün günah allergiyadadır.

Nə etməli? Əgər şiş sürətlə üz, boyun və digər orqanlara da yayılırsa, təcili tibbi yardım lazımdır. Antihistamin preparatlar kiçik şişkinliyin öhdəsindən gələ bilər.

Hormonal

Hormonal dəyişiklik orqanizmdə maye toplanmasının digər səbəbidir. Əgər şiş sizin qarnınızda müşahidə olunursa, ayaqlarınız da şişibsə, üstəlik qəfildən kökəlmisinizsə, onda çox güman ki, bunun səbəbi hormonal dəyişikliklərdir.

Nə etməli? Pəhriz saxlayın, zülallarla zəngin, həmçinin şirin, acı və duzlu qidaların sayını azaldın. Müalicə üçün endokrinoloq və ya ginekoloqa gedin.

Böyrək xəstəlikləri

Səhərlər üzdə görünən şişlər əsasən böyrəklərlə ilə bağlı problemlərdən xəbər verir. Bununla paralel olaraq bel ağrıyır və sidiyin rəngi dəyişir.

Nə etməli? Pəhrizə riayət edin, arxası üstə yatın. Çünki üzüstə yatmaq ödəmlərin yaranmasına gətirib çıxara bilər. Nefroloqa gedin.

Ürək xəstəlikləri

Qarın və ayaqlarda şişkinlik döş ağrısı ilə, yorğunluq və təngnəfəsliklə müşayiət olunursa, bu, ürək xəstəliklərinin əlamətləridir.

Nə etməli? Bu şişləri müstəqil şəkildə müalicə etmək olmaz, kardioloqa müraciət edin.

Dərman preparatları

Ağrıkəsici, qızdırmasalıcı və s. bəzi növ dərmanların qəbulu nəticəsində şişlər meydana gəlir.

Nə etməli? Əgər dərman şişlər yaradırsa, həkimlə məsləhətləşin. Ola bilsin ki, onu belə kənar effektlər verməyən dərmanla əvəz etmək olar.

Həyat tərzi

Günün çox hissəsini ayaq üstə və ya oturaraq keçirməyə məcbur olan insanlarda da ayaq şişləri müşahidə olunur.

Nə etməli? Oturaq işdə çalışanlara mütəmadi fasilələr etmək tövsiyə olunur ki, ayaqlarda qan dövranı yaxşı işləsin. Və ayağı ayağın üstünə qoymaq vərdişini tərgidin. Əgər gün ərzində siz çox durursunuzsa, oturmaq imkanından istifadə edin, masaj edin, rahat ayaqqabılar və varikoz corablar geyinin.

Gündə ən azı 1,2 litr maye qəbul edin, qəhvə, spirtli içkilər və qazlı içkilərdən uzaq durun.

Məlumat üçün onu da bildirək ki, şişlər hətta sağlam insanlarda da isti hava şəraiti nəticəsində, narahat ayaqqabı, böyük miqdarda su qəbulu və duzlu yeməkdən sonra da ortaya çıxır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR