Slimfit
  1. TEXNOLOGİYA

Ekstremist təbliğatın qarşısını alacaq alqoritm hazırlanır

Ekstremist təbliğatın qarşısını alacaq alqoritm hazırlanır
Sakura

Ekstremist təbliğatın qarşısını alacaq alqoritm hazırlanır

Ekstremizm və nifrəti qızışdıran konteksdə materialların "Facebook", "Twitter" və "YouTube" şəbəkələrində yayılmasının qarşısını alacaq alqoritm hazırlanır.

Publika.az xəbər verir ki, Massaçusets Texnologiya İnstitutunun və Brandeys Universitetinin tədqiqatçıları tərəfindən hazırlanan layihə böyük şirkətlərin marağına səbəb olub. Alqoritmlər sosial şəbəkələrdə ekstremist materiallara aid müvafiq məlumatları (informasiya blokları) dərc edilməmişdən əvvəl aşkar edərək qarşısını alacaq.

Müxtəlif ölkələrin hökumətləri platformalardan belə kontenti mümkün qədər tez ləğv etməyi tələb edir, lakin moderatorluqla məşğul olan əməkdaşlar və onlara kömək üçün nəzərdə tutulan avtomatik alqoritmlər bu vəzifənin öhdəsindən həmişə gələ bilmirlər. ABŞ alimlərinin alqoritmi mahiyyət etibarilə təkrar moderatorluğu həyata keçirməyə imkan verir.

Analiz üçün alimlər seçilən hesablarla əlaqədar 4,8 milyon "Twitter" informasiya blokundan, bu istifadəçilərin, eləcə də onların dostlarının və abunəçilərinin profil təsvirlərindən (bu, bazanı 1,3 milyon hesabadək artırıb) istifadə ediblər.

Tədqiqat həmmüəllifinin sözlərinə görə, onlayn ekstremizmlə məşğul olan istifadəçilər sosial şəbəkələrdə oxşar davranış xüsusiyyətlərinə malik olurlar ki, bu da alqoritmə yeni hesabların yaradılması zamanı onları aşkarlamağa imkan verir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR