Slimfit
  1. ELM

Ekstremal temperaturda soyuya bilən birləşmə materialı yaradıdı

Ekstremal temperaturda soyuya bilən birləşmə materialı yaradıdı
Sakura

Ekstremal temperaturda soyuya bilən birləşmə materialı yaradıdı

Scientific Reports nəşri xəbər verir ki, Nottinqam Universitetinin (Böyük Britaniya) alimlər qrupu hazırda köməkçi elementlərsiz özü soyuya bilən unikal material hazırlayır. Layihənin müəlliflərinin etirafına görə, yeni material demək olar bütün sahələrdə istifadə edilə bilər: tibbdə yanıqların müalicəsi və kosmik sahəyə qədər, onu orada atmosferə daxil olarkən istlik təsirinə qarşı tətbiq etmək olar.

Birləşmə materialının unikal xüsusiyyətləri onunla izah olunur ki, onun daxilində temperaturun artmasına reaksiya verən soyuducu maye olan mikrokanallar yerləşir.

“Materialın yaradılmasında əsas məsələ insan bədəninin etdiyi kimi onun temperatur dəyişikliyinə reaksiya verməsinə məcbur etmək idi”. - işin müəllifi Mark Olsun bildirib.

Materialın özünün tərkibində 2 qat üzvi şüşə var. Onların hər ikisi lazerlə elə “sıralanıb” ki, onlarda mikroskopik kanalalrdan “şəkil” alınır. Bu, mayenin orqanizmdə kapilyar şəbəkənin köməyi ilə baş verdiyi kimi mayenin dövr etməsi üçün yerlərin yaradılmasını təmin edir. Bundan başqa, material öz səthində temperaturu ölçməyə və hazırda lazım olan yerləri soyutmağa qadirdir.

“Təbiət mayedən temperaturu nizamlamaq üçün istifadə edir. Bizim model də faktiki olaraq bu sxemi təkrarlayır. Bu yanaşma atmosferə daxil olarkən yüksək temperaturun təsirini aradan qaldırmağa, günəş radiasiyasını effektiv şəkildə udmağa, həmçinin yanıq zamanı dərinin səthini soyuqmağa qadir olan tamamilə yeni tip materialın yaradılmasına gətirib çıxaracaq.

Bundan başqa, işin müəllifləri deyir ki, ayrılmış istilikdən enerji alınması üçün istifadə etmək olar. Məsələn, isti maye dövr edərək xüsusi rezervuarlara istilik ötürə bilər ki, orada da onu elektrik və ya digər enerjiyə çevirmək olar.

 

Mənbə: hi-news.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR