Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Ekspertlərdən qorxunc xəbərdarlıq: koronavirus özünü hər zaman simptomlarla göstərmir

Ekspertlərdən qorxunc xəbərdarlıq: koronavirus özünü hər zaman simptomlarla göstərmir
Sakura

Koronavirus. Ekspertlər bir sıra hallarda yoluxanlarda simptomların olmadığı barədə xəbərdar edirlər

Koronavirusun daha da yayılmasının qarşısını almaq üçün mütəxəssislər insanları simptomlar barədə bilməyə çağırır. Lakin Çində yüksək rütbəli mütəxəssis bir çox xəstədə simptomların görünməməsi barədə xəbərdarlıq edir.

Ens.az-ın məlumatına görə, koronavirusun xəbərdaredici əlamətləri əsasən, öskürək, qızdırma və nəfəs darlığıdır. Lakin Çin hökumətinin baş tibb müşaviri Çjun Nanşanın bildirdiyinə görə, çox sayda xəstələr də var ki, onlarda simptomlar qeydə alınmayıb.

Harvard Tibb Məktəbinin nəzdindəki Havard Sağlamlıq Nəşriyyatının mütəxəssisləri də qeyd edirlər ki, koronavirus olan bəzi insanların aşkar simptomları yoxdur və bu, əlavə problem yarada bilər.

"Heç bir simptomu olmayan insan virusdan qurtula və başqalarına yoluxdura bilər. Simptomsuz ötürülmənin nə qədər tez-tez baş verdiyi bəlli deyil "-Harvard ekspertləri bildirirlər.

Onlar xatırladır: Yanvar ayında Almaniyaya səfər edən Çin sakini, xəstə olduğunu anlamadan bir neçə həmkarını yoluxdurub. Sonrakı müayinələr zamanı qadında "tutqun simptomlar" olduğu ortaya çıxdı, lakin virusla əlaqəli simptomlar müşahidə edilmədi.

Fevral ayında Almaniya Çinin Uhan şəhərindən 126 nəfəri evakuasiya etdikdə heç bir simptomları olmayan iki nəfərdə virusun olduğu aşkar edilmişdi.

Vəziyyətin bugünkü təhlili göstərir: yeni COVID-19 koronavirusun simptomları ümumiyyətlə 5 gündən sonra ortada görünür, lakin inkubasiya dövrü 14 günə çata bilər. Bu infeksiya yuxarıda göstərilən öskürək, qızdırma, nəfəs darlığı ilə yanaşı, burun tutulması, burun axması, boğaz ağrısı, ishal, bədən ağrısı kimi simptomlarla da özünü göstərə bilər.

Eyni zamanda, xarici səhiyyə xidmətlərinin mütəxəssisləri vurğulayırlar: bu tamamilə yeni bir xəstəlik olduğundan, heç kim koronavirusun yoluxduqda dəqiq olaraq hansı əlamətlərlə özünü göstərdiyini dəqiq bilmir.

Mənbə: www.medikforum.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR