Dərc edildi: Baxış sayı: 665
“CarsWeek.ru” saytının ekspertləri ötən ilin 5 ən yaxşı avtomobilini seçiblər
“CarsWeek.ru” saytının ekspertləri ötən ilin 5 ən yaxşı avtomobilini seçiblər.
AZƏRTAC “Arqumentı i faktı” nəşrinə istinadla xəbər verir ki, yeddinci nəsil “Toyota Camry” ən etibarlı avtomobil adlandırılıb.
Ən təhlükəsiz avtomobil “Volvo XC90” krossoveri hesab edilib. Avtomobil fövqəladə hallarda devrilmək ehtimalını azaldan “ağıllı” asma ilə təchiz edilib.
Minibar, massaj, isitmə və havalandırma sisteminə malik yeni nəsil “Mercedes Maybach S600” ən rahat avtomobil sayılıb.
Saatda 420 kilometr məsafə qət edən “Bugatti Chiron” ən sürətli maşın elan edilib. Ötən ilin ən yaxşı elektrik avtomobili isə “Tesla Model S” adlandırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət