Slimfit
  1. AZƏRBAYCAN

Ekspertiza tələb olunan obyektlərin tikintisinə icazə alınması üçün elektron sistem yaradılır

Ekspertiza tələb olunan obyektlərin tikintisinə icazə alınması üçün elektron sistem yaradılır
Sakura

Ekspertiza tələb olunan obyektlərin tikintisinə icazə alınması üçün elektron sistem yaradılır

Bir çox sahələrdə olduğu kimi, tikinti sahəsində aparılan islahatlar da bu istiqamətdə görülən işlərə ciddi təkan verib.

Oxu.Az verir ki, bu fikirləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müşaviri Rüfət Mahmud deyib. 

Onun sözlərinə görə, Dünya Bankı tərəfindən hazırlanan “Doing Business 2019” hesabatına əsasən, Azərbaycan dünyanın ən islahatçı ölkələri sırasına daxil olub:

“Dövlət Şəhərsalma və Arxitektura Komitəsi qarşısında qoyulan əsas məqsəd işlərin sistemli və qanun layihəsi çərçivəsində həyata keçirməkdir. Bu gün Azərbaycan 190 ölkə arasında 25-ci yeri tutub.

MDB ölkələri arasında isə liderlik edir. Azərbaycan “Doing Business 2019” hesabatında tikinti sahəsində xüsusi icazə alınması indikatoru üzrə 100 pillə irəliləyib. Təbii, bununla kifayətlənmək olmaz, islahatlarımız davam edir”.

Komitə rəsmisi bildirib ki, ötən ilin sonlarında ölkə başçısı tərəfindən imzalanan sənəd tikinti sahəsində yeni təkan olub:

“Ölkə başçısı tərəfindən bəzi obyektlərin tikintisi və istismara verilməsinin sadələşdirilməsi istiqamətində fərman imzalanıb. Bunun əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “ASAN xidmət”lə birlikdə bir pəncərə prinsipi ilə fəaliyyət göstərən elektron müraciət sistemi bu ilin ilk aylarında istifadəyə verilib və rüsumlar əhəmiyyətli dərəcədə azaldılıb”.

R.Mahmud əlavə edib ki, dövlət ekspertizasının tələb olunduğu obyektlərin tikintisinə icazənin alınması üçün yeni elektron sistemin hazırlanması üzərində də işlər görülür. 

“Elektron müraciət sistemi bu sahədə şəffaflığa xidmət edəcək. Elektron müraciət sisteminin yaxın illərdə respublikanın digər rayonlarında da tətbiq olunması üzrə işlər aparılır. Bütün bunlar məmurların tikinti sahəsində icazə məsələlərində iştirakını müəyyən dərəcədə azaldacaq”, - R.Mahmud qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR