Dərc edildi: Baxış sayı: 567
Ekspertin təklifi qəbul edildi: Nazirlikdən qərar
Təhsil eksperti Kamran Əsədovun subbakalavrlar üçün təklif etdiyi dəyişiklik qəbul edilib.
Axar.az xəbər verir ki, bu barədə ekspert özü məlumat paylaşıb. O bildirib ki, dəyişikliyə əsasən artıq subbakalavrlar ixtisas qrupları üzrə məhdudiyyət olmadan seçim edə bilərlər.
K.Əsədov təklifini nəzərə aldıqları üçün Təhsil Nazirliyinə, Dövlət İmtahan Mərkəzinə,Nazirlər Kabinetinə təşəkkür edib.
Qeyd edək ki, bundan əvvəl ekspert II turda boş qalan plan yerlərinin I,II və IV ixtisas qrupu üzrə çox qaldığını nəzərə alaraq, seçim edən bütün subbakalavrlara ixtisas məhdudiyyəti tətbiq etmədən istənilən ixtisası seçmək imkanı verilməsini təklif etmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət