Slimfit
  1. AZƏRBAYCAN

Ekspert yeni şəxsiyyət vəsiqələrinin maraqlı xüsusiyyətlərini açıqladı

Ekspert yeni şəxsiyyət vəsiqələrinin maraqlı xüsusiyyətlərini açıqladı
Sakura

Ekspert yeni şəxsiyyət vəsiqələrinin maraqlı xüsusiyyətlərini açıqladı

Bu il sentyabr ayının 1-dən yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanacaq. Bu mühüm yeniliklə bağlı Azərbaycan İnternet Forumunun Prezidenti, Elektron Xidmətlərin Təşvizi üzrə İctimai Şuranın koordinatoru Osman Gündüz öz facebook hesabından maraqlı status paylaşıb.

Minval.info xəbər verir ki, Osman Gündüzün postunda maraqlı informasiyalar və şərh yer alıb.

“Düşünürəm ki, kifayət qədər əhəmiyyətli bir hadisədir. Çünki yeni şəxsiyyət vəsiqəsində elektron daşıyıcı (çip) də olacaq və bu çipə vətəndaşla bağlı standart məlumatlardan əlavə onun elektron imzası ilə əlaqəli məlumatlar da daxil ediləcək. Bu isə ölkədə elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi ilə elektron hökumət quruculuğunun güclənməsinə, informasiya cəmiyyətinin formalaşmasının sürətlənməsinə və vətəndaş aktivliyinin artmasına xeyli müsbət təsir göstərəcək. Eyni zamanda məlumdur ki hazırda, ümumiyyətlə elektron imza sahəsində ölkədə rəqabətli mühit yoxdur. Məhz bu baxımdan da, ASAN imzanın operatoru mobil operatorlarla separat sövdələşmə apararq ASAN imzanın aylıq abunə haqlarını bu aydan etibarən əsassız olaraq 150% qaldırlıb. Fikrimcə, vəsiqələrdəki elektron imza da bu sahədəki vəziyyətin dəyişməsinə müsbət təsir göstərəcək. Yeni şəxsiyyət vəsiqələri ilə bağlı Prezidentin 5 il öncə verdiyi Fərman var. Həmin Fərmanla təsdiqlənən Əsasnaməyə görə şəxsiyyət vəsiqəsinin verilməsi və məlumatların elektron daşıyıcısına daxil edilməsi, həmin məlumatların dəyişdirilməsi və istifadəsi ilə bağlı yeni Qaydalar müəyyən olunub. Maraqlıdır ki vəsiqələrin verilməsi ilə bağlı tarix bir neçə dəfə dəyişdirilib.

Təxminən 9 dövlət qurumu yeni nəsil vəsiqələrin verilməsi prosesində iştirak edəcək. Təbii, bu prosesdə hər bir qurumun da öz səlahiyyətləri var. Güman ki, elə özəl maraqları olanlar da var. Məsələn, xatırlayıram ki, bu şəxsiyyət vəsiqələrində vətəndaşın elektron imzası ilə bağlı məsələni də DİN öz üzərinə götürmək istəyirdi. Lakin sonradan bu səlahiyyət Prezident Fərmanı ilə NRYTN- ə verildi. Artıq bütün hazırlıq proseslərinin başa çatdığı bildirilir. Vəsiqələr DİN-in şəxsiyyət vəsiqəsi verən yerli orqanları və ASAN Xidmət Mərkəzləri tərəfindən veriləcək” – mütəxəssis bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR