Slimfit
  1. AZƏRBAYCAN

Ekspert: “Yaşayış minimumunun mövcud həddini çox aşağı hesab edirəm”

Ekspert: “Yaşayış minimumunun mövcud həddini çox aşağı hesab edirəm”
Sakura

Ekspert: “Yaşayış minimumunun mövcud həddini çox aşağı hesab edirəm”

Azərbaycanda 2019-cu il üçün aylıq yaşayış minimumu 180 manat (105.8 ABŞ dolları) müəyyən edilib. Bu 2018-ci ildə müəyyən edilən yaşayış minimumundan 7 manat çoxdur.

Prezident İlham Əliyevin imzaladığı “2019-cu il üçün yaşayış minimumu haqqında” qanunda 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat (112,3 ABŞ dolları), pensiyaçılar üçün 149 manat (87,6 AB. dolları), uşaqlar üçün 160 manat (94.1 ABŞ dolları) məbləğində müəyyən edilib.

Malların idxal qiymətləri ilə bazar qiymətləri arasındakı fərq
Malların idxal qiymətləri ilə bazar qiymətləri arasındakı fərq

2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində olub.

Ölkədə 2019-cu il üçün ayıq ehtiyac meyarının həddi 143 manat məbləğində təsdiq edilib. 2018-ci ildə ehtiyac meyarı 130 manat təşkil edib.

İatisadçı ekspert Samir Əliyev Amerikanın Səsinə bildirib ki, müəyyən edilən yaşayış minimumu Azərbaycanda insanıbn ac qalmaması üçün belə bəs etmir.

Təxmini qiymətləndirmələr göstərir ki, bir nəfərin aylıq istehlak səbəti ən azı 300 manat civarındadır
Samir Əliyev

“Yaşayış minimumu insanın fizioloji mövcudluğu üçün tələb olunan xərclərin cəmidir. Bu o deməkdir ki, hər bir şəxs ən azı yaşayış minimumu qədər qazanca malik olmalıdır ki, ac qalmasın. Azərbaycanda bu rəqəm gələn ildən 180 manat olacaq, yəni bu ildən 4% çox. İşləyənlər üçünsə bu rəqəm 191 manat olacaq. Dövlət Statistika Komitəsinin reallığa yaxın olmayan rəqəmləri göstərir ki, adambaşına aylıq xərcin həcmi 278 manatdır və bunu 118 manatı ərzaq, 17 manatı nəqliyyat, 9 manatı rabitə, 20,5 manatı kommunal xərcləridir. Bəs, geyim, səhiyyə, təhsil xərcləri? Restoranı qoyaq kənara, toya və ya ad gününə dəvət edilsə onda necə? Mənzil haqqı, bələdiyyə vergisini hansı pulla versin? Belə baxanda 118 manat ərzaq üçün azdır. Ona görə yaşayış minimumunun mövcud həddini çox aşağı hesab edirəm. Təxmini qiymətləndirmələr göstərir ki, bir nəfərin aylıq istehlak səbəti ən azı 300 manat civarındadır”, iqtisadçı qeyd edib.

 

 

Mənbə : Amerikanın Sesi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR