Slimfit
  1. DÜNYA

Ekspert: Rusiya bazası olmasaydı, Ermənistan mövcud olmazdı

Ekspert: Rusiya bazası olmasaydı, Ermənistan mövcud olmazdı
Sakura

Ekspert: Rusiya bazası olmasaydı, Ermənistan mövcud olmazdı

Moskva siyasi və hərbi təhlil mərkəzinin direktor müavini, hərbi ekspert Aleksandr Xramçixin Ermənistan mətbuatına verdiyi açıqlamada kifayət qədər əks-səda doğurmuş bəyanat səsləndirib. Xramçixin  Ermənistanın bu gün məhz Rusiya qoşunlarının onun ərazisində olması hesabına mövcud olduğunu vurğulayıb.

Oxu.Az xəbər verir ki, ekspert bunları deyib:

“Mən bu barədə çox danışmışam. Məncə, Ermənistan bu gün ona görə mövcuddur ki, ərazisində Rusiya hərbi bazası var. Bu, o qədər açıq-aşkardır ki, bu məsələ ilə bağlı hər hansı sualların ortaya çıxması mənə qəribə gəlir”.

Onun sözlərinə görə, Ermənistan spesifik geosiyasi mövqedə yerləşdiyindən onların güzəştə getdiyi ilə bağlı iddiaları yersizdir, çünki Yerevanın başqa variantı da yox idi.

“Əlbəttə ki, o, Rusiya hərbi bazasından imtina edə bilər. Ancaq belə olan halda hər şey onun üçün çox tez dəyişəcək”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR