Slimfit
  1. MEDİA

Ekspert: Qarabağa görə Yerevana beynəlxalq təzyiq göstərilməlidir

Ekspert: Qarabağa görə Yerevana beynəlxalq təzyiq göstərilməlidir
Sakura

Ekspert: Qarabağa görə Yerevana beynəlxalq təzyiq göstərilməlidir

 

Ermənistan KİV-lərinin yazdığına görə, Ermənistan Milli Yığıncağının spikeri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə prinsipləri səsləndirib, xarici işlər naziri Zöhrab Mnatsakanyan Azərbaycanın işğal edilmiş ərazilərinə gedib, Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Naqdalyan isə bəyan edib ki, Yerevan təktərəfli güzəştlərə getməyəcək. Görəsən, Ermənistan tərəfinin belə fəallığının səbəbi nədir?

Ola bilsin ki, Z.Mnatsakanyan Ermənistanın baş naziri Nikol Paşinyanın NATO-nun baş katibi Yens Stoltenberqə yazdığı məktubu qızğın müzakirə edən separatçı rejimi sakitləşdirmək üçün Qarabağa yollanıb. N.Paşinyan Alyansla daha sıx əlaqələrə hazır olduğunu bildirir və qeyd edir ki, Qarabağ münaqişəsi buna mane törədir. Bununla belə, Ermənistan lideri il ərzində “erməni qoşunlarını Dağlıq Qarabağdan çıxarmaq” vədi verir - Yerevanda bu məktubu saxta adlandırırlar. Lakin işğal edilmiş Qarabağda ciddi şəkildə təlaşa düşüblər.

Media.az məsələ ilə bağlı Rusiyanın Sülhməramlı Təşəbbüslər və Konfliktologiya İnstitutunun direktoru Denis Denisovdan müsahibə alıb:

- Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan Yerevanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə prinsiplərini açıqlayıb. Birincisi, sülh yolu ilə tənzimlənmədir. İkincisi isə beynəlxalq hüququn prinsipləri əsasında nizamlamadır.

- Təəssüf ki, bir çox münaqişələrin nizamlanması prosesində belə ritorika səslənir. Tənzimlənmənin əsl mahiyyəti riyakarlıqlarla əvəzlənir. Bu cür bəyanatlar (A.Mirzoyanın ifadələri kimi – red.) sadəcə aşkar olanı təsbit etmir, onlar sadəcə lazım deyil və danışıqlara müsbət təsir etmədiyi dəqiqdir. Bunu hətta nizamlamaya marağın olduğuna dair görüntü vermək və konstruktiv yanaşma hazırlamaq cəhdi də adlandırmaq olmaz.

Münaqişələri yalnız siyasi iradə olduqdan sonra tənzimləmək mümkündür. Buna görə də Qarabağ məsələsində bu cür bəyanatlar təəccüb doğurur. Əgər Ermənistan tərəfinin real marağı olsaydı, nizamlama prosesinə yardım edə bilən konkret təkliflər səslənərdi. Onlar qarşı tərəf üçün gerçək və məqbul olmalıdır. Hazırda aydındır ki, Ermənistanın siyasi rəhbərliyi Qarabağ münaqişəsinin tam tənzimlənməsində maraqlı deyil.

- Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bəyan edib ki, Yerevan Qarabağ üzrə təktərəfli kompromisləri istisna edir.  Bununla belə, o, “təktərəfli kompromis”in nədən ibarət olduğunu izah etməyib. Biz bilirik ki, danışıqlar erməni qoşunlarının işğal edilmiş Azərbaycan rayonlarından çıxarılmasını nəzərdə tutan Madrid prinsiplərinə əsaslanır. Bundan sonra artıq kommunikasiyaların açılması və digər məsələlər gəlir. Yerevan öz qoşunlarını çıxarmaq istəmir. Bunu Baş nazir Nikol Paşinyan təsdiq edərək öz oğlunu Azərbaycanın işğal olunmuş ərazilərinə hərbi xidmətə göndərib. Belə olan halda, ümumiyyətlə, hansı kompromisdən söz gedir?

- Burada hər şey, daha əvvəl dediyim kimi, siyasi iradə ilə bağlıdır. Donbası misal çəkim. Hələ 2015-ci ildə “Normand formatı” çərçivəsində qoşun bölmələrinin geri çəkilməsini təşkil etmək və silahsızlaşdırılan zonaların yaradılması qərara alınıb. İki zonada qoşunların geri çəkilməsi baş tutub, birində isə yox. Bu, Luqansk stanitsasıdır. Siyasi qərar və iradə olmayıb. Vladimir Zelenski Prezident olduqdan sonra vəziyyət dəyişib, qoşunlar ayrılıb. Bu, siyasi iradənin göstəricisidir.

Bu səbəbdən Qarabağ münaqişəsində də siyasi iradə olmalı, təklif edilən qərarlar reallaşdırılmalıdır. Əgər bu baş vermirsə, tam aydındır ki, münaqişə tərəflərindən birinin təklif edilmiş sülh planının həyata keçirilməsi üçün imkanı yoxdur. Və bu, bəladır.

Yerevana beynəlxalq təzyiq göstərmək lazımdır. Bu, Azərbaycanın və ATƏT-in Minsk qrupunun vasitəçilərinin daimi mövzusu olmalıdır. Axı, söhbət özündə konkret detalları ehtiva edən nizamlama planından gedir.

Ermənistanda deyə bilərlər ki, ictimai rəy, xalq nizamlanma planına qarşıdır. Lakin problemin bir neçə həll variantı var. Birincisi, ictimai rəyi lazımi tərəfə çevirmək olar.

İkincisi, əvvəlcə razılaşmaları yerinə yetirmək, planı reallaşdırmaq, sonra isə qərarın qəbul edilməsinin zəruriliyini cəmiyyətə izah etməyə çalışmaq mümkündür.

Üçüncüsü, bütün zəruri olan şeyləri etmək və bu zaman heç kəsə heç nəyi izah etməməkdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR