Slimfit
  1. MEDİA

Ekspert: Paşinyanın Qarabağa səfəri şoudan başqa bir şey deyil

Ekspert: Paşinyanın Qarabağa səfəri şoudan başqa bir şey deyil
Sakura

Ekspert: Paşinyanın Qarabağa səfəri şoudan başqa bir şey deyil

 

Ermənistanın baş naziri Nikol Paşinyanın pan-erməni oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri davam etməkdə olan təcavüzü legitimləşdirmək məqsədi daşıyır və növbəti şoudan başqa bir şey deyil.

Oxu.Az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev pan-erməni oyunları və pan-erməni problemlərini şərh edərkən deyib.

O bildirib ki, Ermənistan tərəfi bu kimi tədbirləri 25 ildir uğursuz şəkildə həyata keçirir.

Mərkəz sədri qeyd edib ki, dünya ictimaiyyəti hərbi təcavüzün nəticələrini tanımır:

“Ermənistanın inkişaf perspektivlərini bu ölkənin keçmiş prezidenti Robert Koçaryan “Ermənistanın səsi”nə bu yaxınlarda verdiyi müsahibədə yaxşı izah edib. O, Ermənistanı qocalmaqda olan əhaliyə malik, qapalı sərhədləri olan və iqtisadi baxışa sahib olmayan ölkə kimi xarakterizə edib.

Ermənistanın nə keçmiş, nə də indiki rəhbərliyi problemdən real çıxış yolunu göstərir. Bu çıxış yolu isə ölkə daxilində dərin dəyişikliklərlə yanaşı, ilk növbədə, Azərbaycanla münaqişənin həllindən, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət kimi fundamental prinsiplərə riayət etməkdən keçir”.

F.Şəfiyev vurğulayıb ki, Paşinyan belə bir ifadə işlədir - Ermənistanın üzləşdiyi çağırışlar. Bu, Ermənistan cəmiyyətinin özü, xüsusilə, bu əsrdə deyil, ötən əsrdən formalaşmış ideologiya olan “böyük Ermənistan” şovinist ideyaları ilə mübarizə aparmamaq istəyi ilə bağlıdır:

“Pan-erməni oyunları daxili tələbat üçün hazırlanmış məhsul olaraq qalacaq və ola bilsin, müəyyən müddət üçün erməni cəmiyyətinin diqqətini sosial-iqtisadi problemlərdən uzaqlaşdıra biləcək. Regionun gələcəyi isə davamlı və stabil sülhdən, mehriban qonşuluq münasibətlərini inkişaf etdirmək istəyindən asılıdır”. 

Xatırladaq ki, N.Paşinyan avqustun 5-də “ümumerməni oyunları”nın açılış mərasiminə görə Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə gəlib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR