Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Ekspert müəllimlərin imtahan nəticələrini açıqladı: “Heç bir irəliləyiş yoxdur”

Ekspert müəllimlərin imtahan nəticələrini açıqladı: “Heç bir irəliləyiş yoxdur”
Sakura

Ekspert müəllimlərin imtahan nəticələrini açıqladı: “Heç bir irəliləyiş yoxdur”

“Bir neçə gün öncə Təhsil Nazirliyi riyaziyyat, informatika, fizika, kimya və bilogiya fənnlərindən Azərbaycan və rus bölmələri üzrə orta məktəblərinizdə dərs deyən bir qrup müəllim üçün müvafiq ixtisaslara uyğun olaraq qapalı tipli test tapşırıqlarından imtahan keçirib. Layihənin məqsədi istedadlı şagirdlərlə bağlı fəaliyyətlərə cəlb ediləcək müəllimlərin müəyyənləşdirilməsi, onların bu sahədə olan fəaliyyətlərinin dəstəklənməsi və yeni fəaliyyətlərə təşviq edilməsindən ibarətdir”.
Azvision.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat yayıb. Ekspert bildirib ki, imtahanda iştirak edən müəllimlərin cavabları onların bilik və bacarıqlarının hələ 50 faizdən aşağı olduğunu göstərib. 

“Bu nəticələr onu bir daha sübut edir ki, qəbul və buraxılış imtahanlarının yüksək nəticələri Təhsil Nazirliyinin, orta məktəblərin nəticəsi deyil. Çünki öz nəticəsi aşağı səviyyədə olan, yüksək nəticə verə bilməz! 2014-cü ildən bəri müəllimlərin nəticələrində heç bir irəliləyiş yoxdur”. 

K.Əsədov ayrı-ayrı fənlər üzrə müəllimlərin nəticələrini açıqlayıb: “Biologiya fənni üzrə imtahanda iştirak edən 221 nəfərdən 112 nəfəri (51 faizi) təqdim edillən 25 sualın 50 faizdən çoxuna doğru cavab verib. Ən yüksək göstərici isə 90% olub. İnformatika fənni üzrə imtahanda iştirak edən 129 nəfərdən 13 (10 faizi) nəfəri təqdim edillən 20 sualın 50 faizdən çoxuna doğru cavab verib. Ən yüksək göstərici isə 83% olub. Fizika fənni üzrə imtahanda iştirak edən 180 nəfərdən 11 nəfəri (6 faizi) təqdim edillən 25 sualın 50 faizdən çoxuna doğru cavab verib. Ən yüksək göstərici isə 95% olub. Kimya fənni üzrə imtahanda iştirak edən 201 nəfərdən 11 nəfəri (5 faizi) təqdim edillən 30 sualın 50 faizdən çoxuna doğru cavab verib. Ən yüksək göstərici isə 62% olub. Riyaziyyat fənni üzrə imtahanda iştirak edən 405 nəfərdən 4 nəfəri (1 faizi) təqdim edillən 25 sualın 50 faizdən çoxuna doğru cavab verib. Ən yüksək göstərici isə 63% olub”. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR