Slimfit
  1. SİYASƏT

Ekspert: Moskva Qarabağ münaqişəsinin nizamlanması prosesinin pozulmasını müşahidə etmək niyyətində deyil

Ekspert: Moskva Qarabağ münaqişəsinin nizamlanması prosesinin pozulmasını müşahidə etmək niyyətində deyil
Sakura

Ekspert: Moskva Qarabağ münaqişəsinin nizamlanması prosesinin pozulmasını müşahidə etmək niyyətində…

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında Yerevana qarşı səsləndirdiyi tənqidlər Ermənistan rəhbərliyini təəccübləndirib.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Rusiyanın daxili və xarici siyasət, müdafiə və təhlükəsizlik üzrə eksperti Qriqori Trofimçuk deyib.

“Deyəsən, Yerevan Sergey Lavrovun Qarabağla bağlı həssas fikirlərindən əsəbiləşib. Keçən bahardan bəri Nikol Paşinyan tərəfindən müntəzəm olaraq danışıqlar prosesinə atılan “inqilabi” tezislərlə bağlı Rusiya tərəfinin uzun sükutu, yəqin ki, Yerevana Moskvanın Ermənistan rəhbərini incitmək istəməməsi və öz hərəkətləri ilə səmimi razılaşması kimi görünürdü”, - ekspert bildirib. 

Onun sözlərinə görə, “Valday” klubunun tribunasından “Moskva nəyahət ki, Qarabağın nizamlanması prosesini pozmaq üçün edilən birbaşa cəhdləri sonsuza qədər müşahidə etmək niyyətində olmadığı barədə ilk aydın siqnal verib”.

“Eyni zamanda, qeyd etmək olar ki, danışıqların praktik nəticələrinin olmaması üçün məsuliyyət də indi Ermənistanın üzərinə qoyulur”, - Q.Trofimçuk qeyd edib. 

O, “Past” erməni nəşrinin Soçidə səsləndirilən Qarabağ bəyanatından sonra Paşinyanın Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyanı istefaya göndərəcəyi ilə bağlı məlumatını da şərh edib. 

“Baş nazir Paşinyanın yüksək vəzifəli şəxslərdən birini istefaya göndərmək niyyətində olması artıq təəccüblü deyil. Xüsusilə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyanın başına gələnlərdən sonra... Onlar indi gedəcəklər və digərləri həmin məmurları əvəzləyəcək, çünki erməni tarixinin bu dövrünə görə məsuliyyəti heç kim üzərinə götürmək istəmir. 

Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyana gəlincə isə, o, Nikol Vovaeviçin qarşısına qoyduğu vəzifələri açıq şəkildə icra edə bilmir. Mnatsakanyan azərbaycanlı həmkarları ilə arxayın diplomatik danışıqlar aparır, Baş nazir özü isə Qarabağla bağlı “inqilabi” tezislər hazırlayır. Hiss olunur ki, Paşinyan bu posta Mnatsakanyanın xüsusiyyətləri olmayan “inqilabi” diplomat təyin etmək istəyir”, - Q.Trofimçuk deyib. 

Onun sözlərinə görə, əks təqdirdə hamıya elə gəlir ki, Paşinyanın Qarabağdakı sərt xəttini onun ətrafındakılar bilmir.

“Mnatsakanyanı qovmaq olar, ancaq Paşinyanın atdığı radikal tezisləri geri döndərmək olmaz”, - ekspert əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR