Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Ekspert ətin orqanizmə təsiri haqqında bütün həqiqətləri açdı

Ekspert ətin orqanizmə təsiri haqqında bütün həqiqətləri açdı
Sakura

Ekspert ətin orqanizmə təsiri haqqında bütün həqiqətləri açdı

Vegetarianlığa olan maraq və ehtirasın çoxdan bitdiyini, bu sualın artıq aktual olmadığını düşünürsünüzsə, yanılırsınız. Ətin faydalı olub-olmaması indi 10 il əvvəlkindən daha aktualdır. Elmsə ətdən tamamilə imtina etmək lazım olduğu ilə bağlı suala birmənalı cavab vermir.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kosmetologiya İnstitutunun hormonal yaşlanma plastik cərrahı və dietoloq Alyona Vladimirovna Sekinayeva “Mal ətindən imtina etsək, vücudumuzda nə baş verər” sualına geniş cavab verib.

- Ətdən imtina etdikdə bədəndə nə baş verir?

- Vegetarianlıq ətdən tam və ya qismən imtina edilməsinə əsaslanan qidalanma sistemidir. Keçən il demək olar ki, bütün restoranlarda, əsas menyudan əlavə, vegetarian və çiy yeməklərin menyusu tərtib olunmuşdu. Mənəvi cəhəti və dəbi bir kənara qoyaraq ətdən imtinanın elmi tərəflərinə nəzər salaq. Vegetarianlığın faydalı və ya zərərli olduğuna dair birmənalı sübut yoxdur. Ancaq vegetarianlığın faydaları haqqında danışarkən aşağıdakılar həmişə qeyd olunur: Bitki tərkibli qidaların enerji dəyəri azdır. Bir tərəfdən tərəvəzlə arıqlamaq yaxşıdır, amma bu metodun çətinliyi ondan ibarətdir ki, doyma hissi çox sürətli keçir.

Image result for мясо?

Ət tamamilə tərəvəz və meyvələrlə əvəz olunarsa, onda yalnız dərialtı yağlar azalmır, həmçinin bu yolla toksinlər və şlaklar da bədəndən çıxır. Bədəndə metabolik prosesləri normallaşdırmaq üçün ətdən 5 günlük imtina etmək tövsiyə edilir. Bu müddət detoksun uğurla başlaması üçün kifayətdir. Heyvan tərkibli qidalardan fərqli olaraq, tərəvəz avtomatik toksikliyə səbəb olmur, həzm zamanı orqanizmi çürüntü məhsulları ilə zəhərləmir.

Ətdən imtina piylənmə, ürək-damar xəstəliyi və tip 2 diabet riskini azaldır?

- Bəli, bir çox araşdırmaların nəticələrinə görə, vegetarian tərəfdarları hipertoniya, şəkərli diabet və ürək-damar xəstəliklərindən daha az əziyyət çəkir. Bitkisəl məhsullar aterosklerozun inkişafına kömək etmir, çünki aterogen xüsusiyyətlərə malik deyil. Amma medalın bir mənfi tərəfi var. Amin turşuları, dəmir, sink, kalsium, D və B12 vitaminləri, doymamış Omeqa-3 yağ turşuları defisiti vegetarian qidalanmanın bilinən ümumi çatışmazlıqları hesab olunur. Bundan əlavə, bitki zülalları aşağı amin turşusu tərkibinə malikdir və bədən tərəfindən daha pis sorulur. Zamanla ciddi protein çatışmazlığı immun və reproduktiv sistemlərin fəaliyyətinə mənfi təsir göstərə bilər.

Image result for мясо?

Heyvansal məhsullardakı dəmir bitki tərkibli qidalara nisbətən daha yaxşı sorulur. Eyni zamanda dəmirin sovrulması bir neçə amildən asılıdır. Məsələn, çay və qəhvənin tərkibindəki tanin, həmçinin paxlakimilərdə, qoz-fındıqda və taxılda olan fitik turşusu dəmirin sovrulmasına pis təsir göstərir. Bundan əlavə, soya proteini dəmirlə həll olunmayan birləşmə yarada bilər.

Süd və yumurtanın da bədənin dəmir ehtiyacını tam ödəmədiyini bilməlisiniz, odur ki, lakto-vegetarianlar, veqan və vegetarianlar kimi dəmir çatışmazlığına həssasdır.

Problemi necə həll etmək olar?

- Həll olunmayan dəmir birləşmələrinin meydana gəlməsinə mane olan və ya sovrulma qabiliyyətini 3-4 dəfə artıran askorbin turşusunu kifayət qədər qəbul etmək lazımdır. Bu turşu ilə zəngin olan qidalar dəmir tərkibli vasitələrlə eyni zamanda qəbul edilməlidir.

Bitkisəl qidalar Omeqa-6 yağ turşuları ilə zəngindir, lakin Omeqa-3 zəifdir. Bir çox faydalı turşuların daxil olduğu Omeqa-3 yağ turşuları ürək-damar sistemi, göz və beyin inkişafı üçün vacibdir. Balıq, yumurta və ya çox miqdarda yosun yeyən adamlarda Omeqa-3 yağ turşularının çatışmazlığı problemi yaranmır.

Əgər rasionda dəniz məhsulları və yumurta yoxdursa, onda menyuya kifayət qədər miqdarda alfa-linolenik turşu mənbəyi olan kətan toxumu, qoz, soya kimi məhsullar daxil etməlisiniz. Müvafiq əlavələrlə hazırlanmış səhər yeməyi və zənginləşdirilmiş soya südündən istifadə etmək mümkündür.

Related image

Vegetarian menyusunda hansı proteinlər olmalıdır?

- Bitki və heyvansal zülallar arasındakı əsas fərq amin turşularının tərkibindədir. Heyvansal məhsullarda bütün vacib amin turşuları var, bitkisəl məhsullarda isə bir və ya daha çox amin turşusu əskik ola bilər. Bu vəziyyətdə qidaya süd məhsulları, soya əlavə etməli və ya amin turşusu ilə süni şəkildə zənginləşdirilmiş yeməklərdən istifadə etməlisiniz.

Sink həm heyvansal (istiridyə, balıq, qaraciyər, quş əti və süd məhsulları), həm də bitkisəl (paxla, mərci, noxud, qoz-fındıq, soya) məhsullarda olur. Bununla birlikdə paxlakimilər, qoz-fındıq və taxıldakı fitik turşusu sinkin bioaktivliyini azaldır. Qida məhsullarının xüsusi hazırlanma üsulları - islatma, cücərmiş taxıl, lobya və toxum, eləcə də çörək mayası istifadəsi fitik turşusunun miqdarını azaldır və sinkin bioaktovliyini artırır.

Vegetarianlarda kalsium çatışmazlığı problemi onun sovrulmasını azaldan maddələrlə (oksalat və fitik turşusu) zəngin qidaların və sidik yolu ilə kalsiumun atılmasına səbəb olan bitki zülallarının istifadəsi nəticəsində baş verir. Bu problem vegetarianlar arasında daha çox görülür, çünki lakto-vegetarianlar süd və süd məhsulları ilə kifayət qədər kalsium qəbul edə bilərlər.

Что происходит с телом, когда вы перестаете есть мясо? (фото 12)

Vegetarianların mütləq kalsium çatışmazlığından əziyyət çəkdiyini başa düşmək vacibdir, bu problem aşkar edilərsə, belə qidalanma xüsusiyyətlərinə diqqət yetirilməlidir. Kalsiumla zəngin, oksalat və fitik turşusu az olan qidalara üstünlük verin: kələm, xardal yarpaqları, şalğam, brokoli, qurudulmuş əncir. Ancaq bu məhsullarla bədənin bütün kalsiuma olan ehtiyacını ödəmək çətindir, bunun üçün onlardan çox miqdarda yemək lazımdır. Odur ki, xüsusi kalsium əlavələrinin qəbul edilməsini məsləhət görürəm.

Süd məhsulları və yumurtada kifayət qədər B12 vitamini olmadığını nəzərə alsaq, bütün vegetarianların B12 çatışmazlığından əziyyət çəkməsi təbiidir. Bu səbəbdən də hər gün B12 vitaminini digər mənbələrdən almaq lazımdır: həb formasında, kobalamin ilə süni şəkildə zənginləşdirilmiş və digər məhsullar.

Vegetarianlar ət yeyən insanlara nisbətən bitkisəl qidalarla daha çox lifli məhsullar yeyir. Normal insanın gündəlik rasionuna orta hesabla 23 qram lif daxildir, vegetarianda - 37 qram, veqanda isə bu rəqəm 47 qramdır. Ancaq qida lifinin tövsiyə olunan dozası məlum deyil. Yuxarıda göstərilənlərə əsasən, ətin bir sıra üstünlükləri və mənfi cəhətlərinin olduğu qənaətinə gələ bilərik. Məqsədiniz arıqlamaq, toksinləri çıxarmaq, yüngüllük hiss etməkdirsə, o zaman vegetarian qidalanma sizin üçün düzgün qərar olacaq. Ancaq bu vəziyyətdə balanslı rasion üçün yuxarıda göstərilən tövsiyələrə riayət etməlisiniz və ya ət yeməklərindən qismən, məsələn, 5 gün müddətinə imtina etməlisiniz.

Что происходит с телом, когда вы перестаете есть мясо? (фото 16)

Qeyd etmək lazımdır ki, ətlə bağlı aparılan çoxsaylı araşdırmalarda alimlərin onun fayda və zərərləri haqqında gəldiyi qənaətlər müxtəlifdir. Aşağıda onlardan bir neçəsi ilə tanış ola bilərsiniz:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR