Dərc edildi: Baxış sayı: 628
Ekspert: Ermənilərin Türkiyə pomidoruna ehtiyacı var
Ermənistana Türkiyə pomidorunun idxalı yerli istehsallı pomidorun qiymətinin artmasına imkan vermir.
News-Armenia xəbər verir ki, bunu Ermənistanın Aqrar-Kənd Birliyinin sədri Qraçya Berberyan deyib.
Ekspert qiymətin artırılmasına imkan verməmək üçün bazarda rəqabətin saxlanmasının zəruriliyini qeyd edib.
O, Ermənistanda istixanaların artması hesabına bu il Türkiyədən pomidor idxalının azalması ilə bağlı vəziyyətə də toxunub:
“Kim dedi ki, Türkiyə pomidoru bizim bazarda olmalı deyil? Belə olan halda yerli istehsalçılar qiyməti artıracaqlar”.
Q.Berberyan, xüsusilə qış mövsümündə Türkiyə pomidorlarının rəqabətqabiliyyətli olduğunu bildirib.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət