Dərc edildi: Baxış sayı: 205
Əks-hücum: Ukrayna ordusu bu istiqamətdə irəlilədi
Ukrayna ordusu cəbhənin ən azı üç sektorunda aparılan hərbi əməliyyatlar zamanı bəzi bölgələrdə irəliləyib.
Ens.Az Axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
"Ötən gün Ukrayna hərbçiləri Berdyansk və Melitopol istiqamətlərində əks-hücum əməliyyatlarını davam etdirib. Bundan əlavə, Ukrayna rəsmiləri bildiriblər ki, onların qoşunları Baxmut istiqamətində hücumlarını davam etdirir. Ukrayna ordusu Melitopol istiqamətində Rusiya müdafiəsinin 650 metr dərinliyə qədər irəliləyib. Rusiyanın hərbi müxbirləri də Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətinin qərbindəki Nikolaevskoye rayonunda irəlilədiyini etiraf ediblər", - məlumatda deyilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət