Slimfit
  1. AZƏRBAYCAN

“...Əks halda ordumuz hərəkətə keçəcək”

“...Əks halda ordumuz hərəkətə keçəcək”
Sakura

“...Əks halda ordumuz hərəkətə keçəcək”

“Ölkəmizin bütün resursları Azərbaycan milli maraqlarını müdafiə etməyə səfərbər olunmalıdır"

İyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda bir sıra dövlət idarəçiliyi və ölkə iqtisadiyyatı ilə bağlı mühüm məslələrə toxunan dövlət başçısı Tovuz istiqamətində ölkəmizə qarşı törətdikləri hərbi- siyasi təxribatdan sonra  işğalçı ölkənin düşdüyü ağır vəziyyətlə bağlı ölkə ictimaiyyətini məlumatlandırıb. 

Ens.az xəbər verir ki,Millət vəkili Hikmət Baboğlu isə "Sherg.az"a açıqlamasında  Prezidentin bu çıxışını  Ermənistanın riyakarlığını , qorxaqlığını beynəlxalq hüquqa zidd olan davranışlarını və eyni zamanda baş nazir Paşinyanın diktaturaya, faşizmə və işğalçılığa əsaslanan rejiminin növbəti ifşası kimi dəyərləndirib. 

Deputatın fikrincə  işğalçı ölkənin düşdüyü vəziyyətdən çıxış yolları arayarkən atdığı addımların qorxaqlıq və xofdan doğan riyakarlıqdan başqa bir adı yoxdur. Bu çarəsizliyin ən bariz nümunəsi isə  özünü qorumaq instikti ilə dərhal KTMT-yə  müraciət etməsidir:

" İşə bax ki, bir müddət əvvələ qədər KTMT baş katibinin həbs edilməsilə bağlı qərar qəbul edən Paşinyan  bu gün həmin hərbi-siyasi təşkilatdan imdad dilənməyə məcbur olub. Bunun adı riyakarlıq deyil, bəs nədir!?  

Onun bu yalvarışlarının cavabsız qalacağı isə  əvvəldən bəlli idi. 

Axı KTMT –yə üzv olan ölkələrin hər biri ilə ayrılıqda Azərbaycanın xüsusi münasibtləri var və bu münasibətlər strateji tərəfdaşılıq səviyyəsindədir . Bundan başqa həmin ölkələrin iderləri ilə Azərbaycan Prezidentinin xüsusi münasibətləri var.  

Bu dövlətlərdən biri  hər hansı bir  çətinliklə üzləşdiyi  zaman Azərbaycan  dövləti dərhal reaksiya verərək həmin ölkələrə qarşı həmrəylik nümayiş etdirib və  ən müxtəlif  formalarda yardım əli uzadıb.

Haqlı olaraq hazırki vəziyyətdə  adekvat münasibət gözləyirik. Üstəlik də, Azərbaycan heç kəsin torpağını işğal etməyib, heç bir dövətə qarşı ərazi iddiası irəli sürməyib. 

Bu mənada beynəlxalq hüquq da, haqq - ədalət də Azərbaycanın yanındadır.  KTMT –yə üzv olan ölkələr də çox gözəl bilir ki, işğalçı Ermənistan Azərbaycan torpaqlarına hücum edib".

Bütün bunların fonunda işğalçı və riyakar Paşinyanın  Azərbaycan ordusundan qorxub KTMT –in kölgəsində gizlənmək niyyətinin baş tutmadığını vurğulayan deputat hesab edir ki, hər halda təcavüzkar düşmən  düşdükləri ağır vəziyyət və verdikləri itkilərdən nəticə çıxarıb Azərbaycana qarşı yeritdikləri  işğalçılıq siyasətindən əl çəkərlər:

"Əks halda Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə qadir ordumuz hərəkətə keçəcək. Paralel olaraq da ölkəmizin bütün resursları Azərbaycan milli maraqlarını müdafiə etməyə səfərbər olunmalıdır".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR