Slimfit
  1. MEDİA

Ekoloji maarifləndirmə və ətraf mühitin qorunması adlı layihə həyata keçiriləcək

Ekoloji maarifləndirmə və ətraf mühitin qorunması adlı layihə həyata keçiriləcək
Sakura

Ekoloji maarifləndirmə və ətraf mühitin qorunması adlı layihə həyata keçiriləcək

Gəncədə Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə "İllustrasiya və fəaliyyətlər yolu ilə gənclərin ekoloji maarifləndirilməsi və ətraf mühitin qorunması istiqamətində onların bilik və bacarığının formalaşdırılması” adlı layihə həyata keçiriləcək.

Layihə rəhbəri Cəfər Cəfərov bildirib ki, layihənin keçirilməsində məqsəd Gəncə şəhərində gənclərin ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, gənclərin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, bu sahədə şüur və təfəkkürü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaq, eyni zamanda onların ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və təcrübələrini artırmaq və onlarda ekoloji mədəniyyəti peşəkar ekspertlərin iştirakı ilə formalaşdırmaqdır. Eyni zamanda təlimlər zamanı plastik qabların təkrar emalı, sudan səmərəli istifadə mövzuları üzrə ekoloji maarifləndirmə işlərinin aparılması nəzərdə tutulub.

Cari layihə çərçivəsində "Gənclər ətraf mühitin mühafizəsində” adlı təlim təşkil olunacaq və iştirakçılarla birlikdə gənc ekoloqlar klubu yaradılacaqdır. Layihənin sonunda iştirakçılarla birgə ağac əkmə aksiyası nəzərdə tutulub.

Qeyd edək ki, layihə çərçivəsində ilk tədbir layihənin ictimaiyyətə açıq olunması məqsədilə 03 yanvar 2019-cu ildə Gəncə şəhərində yerləşən  Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrobiznes və idarəetmə fakültəsinin iclas zalında keçiriləcəkdir.

Layihənin gedişatı haqqında mütəmadi olaraq mətbuat vasitəsilə ictimaiyyətə məlumat veriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR