Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Acınohur düzənliyinə yenidən baxış keçiriblər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Qax Dövlət Təbiət Yasaqlığının yaxınlığında yerləşən Acınohur düzənliyinin əkin üçün istifadə edilən ərazilərinə ceyranların yaşam vəziyyətinin öyrənilməsi məqsədilə yenidən baxış keçiriblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, baxış zamanı Acınohur ərazisinin dövlət fonduna aid kənd təsərrüfatına yararlı torpaq sahəsindən “Aqroinkişaf-2017” Məhdud Məsuliyyətli Cəmiyyətə ayrılmış 7500 hektar sahənin az hissəsində tədqiqat məqsədilə şumlama işlərinin aparıldığı məlum olub.
Nazirliyin əməkdaşları tərəfindən bir daha şirkət nümayəndələrinə bildirilib ki, Acınohur gölünün cənub hissəsində yerləşən ceyranların yem bazası üçün zəruri olan 2000 hektaradək ərazidə təsərrüfat-tədqiqat işləri aparıldığı dövrdə bu heyvanların yaşam şəraitinə təsir göstərən qaydalara riayət olunsun. Ceyranların intensiv hərəkətinin qeydə alındığı Acınohur gölünün cənub və Mingəçevir su anbarının şimal hissəsində fermerlərin fəaliyyətinə nəzarətin gücləndirilməsi ilə bağlı nazirliyin yerli qurumlarının əməkdaşlarına müvafiq tapşırıqlar verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət