Slimfit
  1. QADINLAR ÜÇÜN

Əkiz uşaqların doğulacağını göstərən yeddi əlamət sadalanıb

Əkiz uşaqların doğulacağını göstərən yeddi əlamət sadalanıb
Sakura

Əkiz uşaqların doğulacağını göstərən yeddi əlamət sadalanıb

Əgər dölün bətndaxili vəziyyətini təyin etmək üçün ilk ultrasəs müayinəsində əkizlər olacağı xəbərilə təəccüblənmək istəmirsinizsə , o zaman, hamilə olduğunuzu bildiyiniz andan özünüzü izləyin.

Çoxdöllü hamiləliyi göstərən əlamətləri şərti olaraq iki qrupa bölmək olar: qadın hissiyatı və tibbi faktlar.

Ilk ultrasəs müayinəsi zamanı birdən çox uşağın olması barədə dəqiq məlumatın verilməməsinə tez-tez rast gəlirik.

Bu kimi hallarda , bunun müəyyən edilə biləcəyi bir neçə əlamət var.

Menstruasiyanın gecikdiyi ilk günlərdən etibarən erkən toksikoz;

Bu ikinci hamiləlikdirsə, fərqi hiss etmək çətin olmayacaq. Bir qayda olaraq, çoxdöllü hamiləliklərdə toksikoz əlamətləri olduqca açıqdır.

  • Zəiflik və daim yuxululuq;
  •  
  • Əsəbilik, əhval dəyişməsi;
  •  
  • Bulantı və qusma-yalnız səhərlər deyil, bütün gün ərzində.
  •  
  • Artan tərləmə və ağız suyunun axması;
  •  
  • Testdəki ikinci zolağın açıq şəkildə görünməsi.

Məlumdur ki, menstruasiya gecikməsinin ilk günlərində olunan hamiləlik testində çıxan zəif zolaq bir uşaq hamiləliyini göstərir. Hamiləlik çoxdöllü olarsa, testdəki zolaq ən erkən mərhələlərdə belə kəskin şəkildə görsənir.

Birdən-birə çəki artımı.

Bir uşağa hamilə olan qadın , hamiləliyi boyunca tədricən çəki alır, iştahası da ikiqat artır. Bədən çəkisi yalnızca ilk üç aylıq dövrdə, bir qayda olaraq, 5 kq artır.

Qarnın sürətlə böyüməsi.

Bir qadın əkiz uşaqlara hamilədirsə, o zaman qarnı sürətlə böyüməyə başlayır. Əlbəttə ki, bu əlamət şərti hesab edilə bilər, çünki hər qadında bu proses fərdi olaraq baş verir, lakin buna baxmayaraq, çoxdöllü hamiləlik zamanı ilk üç aylıq dövrdə qarının sürətlə böyüməsi müşahidə olunur.

İrsiyyət.

Gələcək ananın və ya həyat yoldaşının ailəsində əkizlərin doğulması halları varsa , onda çoxdöllü hamiləlik ehtimalı əhəmiyyətli dərəcədə artır. Genetika qaydalarına görə isə əkizlər yalnız nəsildə belə bir irsilik varsa doğula bilər.

Erkən hərəkətlər.

Bu , onunla izah olunur ki, ana bətnində uşaqlar olduqca tez böyüyürlər və bətnindəki hər millimetrlik boş yer üçün mübarizə aparmalı olurlar. Buna görə belə hamiləliyi olan bir qadın erkən və ağır hərəkətləri hiss edə bilər.

Hamiləlik hormonunun çox yüksək olması.

Əkiz usaqlara hamilə olan bir qadın üçün qan testi olduqca fərqlidir. "Xorionik qonadotropin"də kəskin artım bir neçə dölün varlığını göstərə bilər. Həmçinin , analiz , bir qayda olaraq, müəyyən bir müddətə normadan əhəmiyyətli dərəcədə yayınır.

Yüksək gestasiya göstəriciləri

Gestasiya - son menstruasiyanın ilk günündən doğuş vaxtına qədər olan dövrdür. Bir qayda olaraq, çoxdöllü hamiləliyi olan bir qadında tibbi hesablamaların nəticələri normaldan daha yüksəkdir, çünki uterus eyni anda iki döl tutmalıdır.

Yadda saxlamaq lazımdır ki, yuxarıda göstərilən əlamətlərin hamısı fərdi olaraq təyin olunur, buna görə də çoxdöllü hamiləliyin təsdiqlənməsi və ya inkar edilməsinin yeganə yolu ultrasəs müayinəsidir.

Mənbə: politeka.net

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR