Slimfit
  1. İQTİSADİYYAT

EIA OPEC ölkələri üzrə neft hasilatı ilə bağlı proqnozunu dəyişib

EIA OPEC ölkələri üzrə neft hasilatı ilə bağlı proqnozunu dəyişib
Sakura

EIA OPEC ölkələri üzrə neft hasilatı ilə bağlı proqnozunu dəyişib

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) proqnozuna görə, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə bu il ortalama gündəlik neft hasilatı 26,57 mln. barel olacaq ki, bu da agentliyin aprel ayında verdiyi proqnozla müqayisədə 2,09 mln. barel azdır.

Ens.az Apa.az-a istinadən xəbər verir ki, ötən il OPEC üzrə ortalama gündəlik neft hasilatı 29,27 mln. barel olub.

Agentlik OPEC üzrə gələn il üçün də neft hasilatı ilə bağlı proqnozunu dəyişib. Belə ki, EIA-nın məlumatına əsasən, OPEC ölkələri gələn il orta hesabla gündə 28,44 mln. barel neft hasil edəcək ki, bu da mart proqnozu ilə müqayisədə 0,83 mln. barel azdır.

Qeyd edək ki, "OPEC+" formatında təmsil olunan OPEC və qeyri-OPEC ölkələri, o cümlədən Azərbaycan aprel ayında hasilatın məhdudlaşdırılması öhdəliklərindən azad olub. "OPEC+" ölkələri nazirlərinin 2020-ci ilin 9 aprel və 12 aprel tarixlərində keçirilən görüşlərinin nəticəsi olaraq qəbul edilmiş və gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ilin yanvar – 2022-ci ilin aprelində isə 5,8 mln. barel azaldılmasını nəzərdə tutan "Əməkdaşlıq Bəyannaməsi"nə Azərbaycan da qoşulub.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR