Dərc edildi: Baxış sayı: 1595
Əhməd Cavad - Şəhidlərə
Azərbaycandakı osmanlı şəhidlərinə
Qalx, qalx! Sarmaşıqlı məzar altından,
Gəlmiş ziyarətə qızlar, gəlinlər.
Ey karvan keçidi, yollar üstündə,
Hər gələn yolçuya yol soran əsgər!
Sənin qovduqların yabançı xanlar,
Qurtardı ölkəmi tökdüyün qanlar!
Bax nasıl öpməkdə tozlar, dumanlar,
Qərib məzannı mənlə bərabər!
Sənin qanındanmı düzlərdə böylə
Qüdrət bitirmişdir sayılmaz lalə?!
Dost elindən qopdu bir yanıq nalə,
Yoxsa o nalənin ruhumu söylər?!
Keçərkən göylərdən bir qatar durna,
Ağlar buraxdığın gözləri sorma!
Bax doğru çıxmaqda gördüyün röya,
Bəslədiyin əməl bu gün gülümsər.
Çanqlı qardaşın sadədil köylü,
Gəldi məzanna bir örük ördü.
Toplanıb baş-başa hər üçü-dördü
Hər gün köylü qızlar dərdini dinlər!
10 mayıs 1919, Gəncə
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət