Dərc edildi: Baxış sayı: 1392
Əhməd Cavad - Dan ulduzu
Bu qaranlıq gecə nə qədər sürdü,
Yetiş imdadıma, ey dan ulduzu!
Barı sən gəl, mənə yuxu gəlmədi,
Yetiş fəryadıma, ey dan ulduzu!
Qudurğan qasırğa, çarpaşıq yollar,
Yolumda zülmət var, uçurumlar var,
Yetiş ki, ömrümün karvanı ağlar,
Aman, gəl dadıma, ey dan ulduzu!
Bu sönük ulduzlar məni aldadır,
Süzgün gözlərinlə gəl onu andır,
Gözlərim yolunda, üzüm haqdadır
Aman, sən yox demə, ey dan ulduzu!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət